Muzey rəhbərliyi  Beynəlxalq Simpoziumda

Qazaxstan Respublikasının Astana şəhərində Mədəniyyət və Turizm Nazirliyi, Milli Akademik Kitabxana və Milli Muzeyin təşkilatçılığı ilə “Oxucu dünyasında mütaliə edən millət” mövzusunda Beynəlxalq Simpozium keçirilib. Tarix muzeyindən “Olaylar” – a bildirilib ki, simpoziumda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, direktor müavinləri t.ü.e.d. Nərgiz Əliyeva və t.ü.f.d. Məhfuzə Zeynalova iştirak ediblər.

Qazaxstan Respublikasının Astana şəhərində Mədəniyyət və Turizm Nazirliyi, Milli Akademik Kitabxana və Milli Muzeyin təşkilatçılığı ilə "Oxucu dünyasında mütaliə edən millət" mövzusunda Beynəlxalq Simpozium keçirilib.

Tarix muzeyindən "Olaylar" - a bildirilib ki, simpoziumda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, direktor müavinləri t.ü.e.d. Nərgiz Əliyeva və t.ü.f.d. Məhfuzə Zeynalova iştirak ediblər.

Müvafiq olaraq tədbirdə "Tarix profilli muzeylərin sosial-mədəni mühiti və onların gənc nəslin formalaşmasına təsiri (Milli Azərbaycan Tarixi Muzeyinin timsalında)", "Milli Azərbaycan Tarixi Muzeyinin kitab fondunun komplektləşdirilməsi tarixi", "Muzey sahəsindəki informasiya texnologiyaları haqqında" mövzularında çıxış edən natiqlər Muzeyin qeyd olunan sahələrdə gördüyü işlər haqqında simpozium iştirakçılarına məlumat verilib. Sonda iştirakçılar sertifikat ilə təltif olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31