Azərbaycanda məlumat azadlığı yüksək səviyyədə təmin olunub

Azərbaycanda vətəndaşların insan hüquq və azadlıqlarının təmin olunmasına ciddi önəm verilir. Demokratiyanın əsas prinsiplərindən hesab olunan söz və fikir azadlığa da bu hüquqların tərkib hissəsi hesab olunur. Hazırda dünya ölkələrinin maraq dairələrində olan məsələlərdən biri də insanların azad və sərbəst şəkildə məlumat əldə etməsi ilə bağlıdır. Etiraf edilməlidir ki, dünyanın bir çox ölkələrində bu sahədə ciddi problemlər yaşanmaqdadır. Azərbaycanda isə məlumat azadlığı qanunvericiliklə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Bu isə o deməkdir ki, ölkə vətəndaşları təqdimat formasından asılı olmayaraq təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər əldə etmək hüququna malikdirlər. Bundan başqa, Azərbaycanda məlumat azadlığı haqqında qanun qəbul edilib.

Hər kəs istədiyi məlumatı qanuni yolla əldə edə bilir

Azərbaycanda vətəndaşların insan hüquq və azadlıqlarının təmin olunmasına ciddi önəm verilir. Demokratiyanın əsas prinsiplərindən hesab olunan söz və fikir azadlığa da bu hüquqların tərkib hissəsi hesab olunur. Hazırda dünya ölkələrinin maraq dairələrində olan məsələlərdən biri də insanların azad və sərbəst şəkildə məlumat əldə etməsi ilə bağlıdır. Etiraf edilməlidir ki, dünyanın bir çox ölkələrində bu sahədə ciddi problemlər yaşanmaqdadır. Azərbaycanda isə məlumat azadlığı qanunvericiliklə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Bu isə o deməkdir ki, ölkə vətəndaşları təqdimat formasından asılı olmayaraq təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər əldə etmək hüququna malikdirlər. Bundan başqa, Azərbaycanda məlumat azadlığı haqqında qanun qəbul edilib.

Hüquqşünas Habil Mirzəyev qeyd edib ki, Azərbaycanda məlumat azadlığının təminatı üçün hər cür şərait yaradılıb. Məhz dövlət tərəfindən yaradılan təminatın nəticəsidir ki, Azərbaycanda hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır. Dövlət məlumat azadlığının elə təminat formasını yaradıb ki, bu azadlığın həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasının qarşısını alır. Daha dəqiq, məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Hətta məlumat azadlığından istifadə edilməsi qaydası da ölkə Konstitusiyası və ona müvafiq olaraq qanunlarla  müəyyən edilir: "Bütün sadalananlardan məlum olur ki, dövlət ən ali qanunu ilə öz vətəndaşlarına məlumat almq hüququ verir, üstəlik onun təminatını müəyyən edir, qaydalarını qanun çərçivəsinə salır. Məhz bu kimi addımlar vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə hədəflənib".

Hüquqşünas əlavə edib ki, sözügedən qanun məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan bütün münasibətləri tənzimləyir. Bu zaman isə məlumat azadlığının həyata keçirilməsi prinsiplərinin müəyyən edilməsi zərurəti yaranır. Qanunvericilikdə həmin prinsiplər olduqca aydın şəkildə əksini tapıb. Beləliklə, ölkədə məlumatın əldə edilməsi onun açıqlığı və mübadilə edilməsinin azadlığı; məlumatın obyektivliyi, tamlığı və həqiqiliyi; məlumatın axtarılmasının, əldə edilməsinin, istifadə olunmasının, yayılmasının və qorunmasının qanuniliyi kimi prinsiplərlə həyata keçirilir: "Qanunun mütərəqqiliyi ondan ibarətdir ki, Azərbaycanda hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanması prinsipi tətbiq edilir. Bu isə o deməkdir ki, heç kəs vətəndaşın icazəsi olmadan onun şəxsi və silə həyatına müdaxilə edə bilməz, onun haqqında məlumatı ictimailəşdirə bilməz. Çox təssüf ki, hazırda istər mətbuat orqanlarında, istərsə də sosisl şəbəkələrdə bu prinsipin pozulmasının şahidi oluruq. Bir çox hallarda vətəndaşların, xüsusən də tanınmış dövlət və ictimai xadimlərin, o cümlədən elm və incəsənət nümayəndələrinin şəxsi həyatlarına müdaxilə edilir. Onların icazəsi va razılığı olmadan şəxsi həyatlarını ifadə edən foto-məlumatlar tirajlanır. Ancaq bu məsələ də qanunvericikdə öz həllini tapıb. Belə ki, vətəndaşların şəxsi həyatlarına qanunsuz müdaxilə inzibati və yaxud cinayət məsuliyyəti yarada bilər. Şəxsiyyətin onun haqqında məlumatların toplanılması ilə bağlı "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq digər hüquqları da vardır. Qanunvericiliyə müvafiq surətdə dövlət orqanlarının topladığı məlumatların kənar şəxslər tərəfindən əldə etməsinə yol verilmir. Şəxslər haqqında məlumatın saxlanılması qanuni məqsədlər üçün qanunvericiliklə müəyyən edilmiş zəruri olan müddətdən çox ola bilməz. Qanunvericilikdə nəzərdə tutulmamış hallarda gizli şəkildə məlumatın alınması üçün nəzərdə tutulan texniki vasitələrdən istifadə etmək, poçt və teleqraf göndərişlərini yoxlamaq, telefon danışıqlarına qulaq asmaq qadağandır. Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur".

Onun sözlərinə görə, məlimat azadlığı məsələsində ən vacib elementlərdən biri də şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunmasıdır. Media orqanları və sosial şəbəkə istifadəçiləri məlumat azadlıqı haqqında qanuna riayət etməklə şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin olunmasında iştirak edirlər: "Ancaq qanunvericilik pozulduqda, qanundan sui-istifadə hallarına yol verildikdə mənfi fəsadlara yol açılır. Son vaxtlar belə hallar ən çox dövlətin müdafiə sahəsində həyata keçirdiyi tədbirlər zamanı müşahidə olunur. Həm bəzi media orqanları, həm də sosial şəbəkə iştirakçıları cəbhə xəttində baş verən hadisələri dəqiqləşdirmədən, yaxud rəsmi mənbəyə istinad etmədən ictimailəşdirilər ki, nəticə etibarilə həmin məlumatlar cəmiyyətin və dövlətin əlehinə işləyir. Düşmən tərəfi isə həmin məlumatlardan sözün həqiqi mənasında faydalanır. Belə hallar nəzərə alınaraq dövlətin təhlükəsizliyi ilə bağlı məlumatların yayımlanmasında diqqətli olmaq tələb olunur". Hüquqşünas qeyd edib ki, MDB ölkələri ilə müqayisədə Azərbaycanda məlumatın əldə edilməsinin üsul və vasitələri olduqca qənaətbəxşdir. Azərbaycanda məlumatın əldə edilməsi dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin öz fəaliyyətləri və qəbul olunmuş qərarları barədə məlumatlar vermələri yolu ilə, dövlət hakimiyyəti orqanlarında məlumatın əldə edilməsi üçün informasiya xidmətlərinin yaradılması, normativ-hüquqi aktların qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin nəzərinə çatdırılması və sair yollarla təmin edilir: "Ölkədə məlumat əldə etmək istəyən hər bir vətəndaş informasiya sistemlərindən maneəsiz istifadə etmək hüququna malikdir. Bununla yanaşı, dövlət orqanları vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə dərhal məlumat verməəlidirlər. Bütün bu kimi məlumatlar kütləvi informasiya vasitələrində, özü də dövlət senzurasına yol verilmədən yayımlanır. Məhz bu kimi amillər Azərbaycanda məlumat azadlığının təminatını reallığa çevirir".

Onun sözlərinə görə, qanunvericilikdə alınması məhdudlaşdırılan məlumatlar da müəyyən edilib ki, bu da cəmiyyət və dövlətin təhlükəsizliyi baxımından vacib şərtdir: "Alınması məhdudlaşdırılan məlumatlara dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına aid olan məlumatlar aiddirlər. Ətraf mühitə dair informasiya müvafiq qanunvericiliklə müəyyən edilmiş hallarda alınması məhdudlaşdırılan məlumata aid edilir. Dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına, ətraf mühitə aid olan məlumatlarla bağlı yaranan münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. Qalan bütün məlumatlar açıq məlumatlar hesab olunur və onların əldə edilməsi mexanizmi olduqca sadədir. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatları əks etdirən sənədlər və başqa daşıyıcılar, kütləvi informasiya vasitələrinin məlumatları, açıq çıxışlar məlumat mənbələri hesab edilirlər".

Hüquqşünas bildirib ki, açıq məlumatlar internet informasiya ehtiyatları vasitəsilə, rəsmi nəşrlərlə, kütləvi informasiya vasitələrinin yayılması ilə əldə edilir: "Açıq məlumatın alınması qaydası və şərtləri bu Qanunla, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və ya müqavilə ilə müəyyən olunur. Məlumatın verilməsi barədə müqavilə mülki qanunvericiliyə uyğun bağlanır. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr müqavilənin olmamasına görə məlumatı verməkdən imtina edə bilməzlər". Göründüyü kimi Azərbaycanda məlumat azadlığının təmin edilməsi məqsədilə bütün zəduri addımlar atılıb. Bununla yanaşı, qanunvericiliyin daha da təkmilləşdidirlməsi, beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə lazımi tədbirlərin görüləcəyi də istisna edilmir. 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31