Muzey əməkdaşı regional seminar-təlimdə

Gürcüstan və Azərbaycan İKOM Milli Komitələri, Gürcüstan Milli Muzeyi və Tiflis Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə Gürcüstan Milli Muzeyində “Muzeylərdə inkluziv proqram” adlı regional seminar-təlim keçirilib. “Ecole Du Louvre”-un professoru, “CECA (İKOM Muzey Pedaqoqikası və Mədəni Fəaliyyət Beynəlxalq Komitəsi)”-nın mütəxəssisi Dr. Marie-Clarte O’Neill-in rəhbərliyi ilə keçirilmiş seminarın mövzusu Cənubi Qafqaz regionu muzeylərinin təhlili əsasında seçilib. Təlimdə Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov iştirak edib. Muzeydən “Olaylar” – a bildirilib ki, seminar-təlimin məşğələlərində muzeylərdə inkluzivlik prinsipi, ekskluziv muzey, inkluziv muzey və sərgillər, inkluzivlik prinsipinin reallaşdırılması, “CECA BP” proqramının tətbiqi və s. mövzularda mühazirələr oxunub.

Gürcüstan və Azərbaycan İKOM Milli Komitələri, Gürcüstan Milli Muzeyi və Tiflis Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə Gürcüstan Milli Muzeyində "Muzeylərdə inkluziv proqram" adlı regional seminar-təlim keçirilib. "Ecole Du Louvre"-un professoru, "CECA (İKOM Muzey Pedaqoqikası və Mədəni Fəaliyyət Beynəlxalq Komitəsi)"-nın mütəxəssisi Dr. Marie-Clarte O'Neill-in rəhbərliyi ilə keçirilmiş seminarın mövzusu Cənubi Qafqaz regionu muzeylərinin təhlili əsasında seçilib.

Təlimdə Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov iştirak edib. Muzeydən "Olaylar" - a bildirilib ki, seminar-təlimin məşğələlərində muzeylərdə inkluzivlik prinsipi, ekskluziv muzey, inkluziv muzey və sərgillər, inkluzivlik prinsipinin reallaşdırılması, "CECA BP" proqramının tətbiqi və s. mövzularda mühazirələr oxunub.

Həmçinin təlim ərzində iştirakçılar quplar şəklində Gürcüstan Milli Muzeyinin Arxeologiya və Etnoqrafiya bölmələrində tematik tədqiqat apararaq, nəticələrin təqdimatını keçiriblər. Seminar-təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31