"İnter" bu şansı qaçırmasa...
Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq Bakının "İnter" klubu avrokuboklarda tarixi qələbənin müəllifi ola bilər. Serbiyada "Mladost"un qonağı olacaq paytaxt təmsilçisi Azərbaycan klublarının səfərdəki yubiley qələbəsini reallaşdırmağa yaxındı.
29 İyun 2017 17:36 İdmanAvropa Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq Bakının "İnter" klubu avrokuboklarda tarixi qələbənin müəllifi ola bilər. Serbiyada "Mladost"un qonağı olacaq paytaxt təmsilçisi Azərbaycan klublarının səfərdəki yubiley qələbəsini reallaşdırmağa yaxındı.
Belə ki, Luçani təmsilçisi üzərində qələbə komandalarımızın 30-cu qələbəsi kimi tarixə düşəcək. İndiyədək Azərbaycan klubları 23 ildi çıxış etdikləri avrokuboklarda 29 dəfə rəqib meydanından qalib dönüb.
İlk belə qələbə 1999-cu ilə təsadüf edib. Həmin il iyunun 20-də "Qarabağ" İntertoto kubokunun I mərhələsində İsrail "Makkabi"sindən güclü olub. Təmsilçimiz Hayfa klubunu 2:1 hesabı ilə yenib.
Ümumiyyətlə, Ağdam klubu ən çox səfər qələbəsi qazanan komandamızdı. "Qarabağ" 12 dəfə rəqib meydanında qalib gəlib.
Bakı klublarından "İnter"in 7, "Neftçi"nin 5 belə uğuru var. Rəqib meydanında qələbə qazanmağı bacaran digər 5 komanda hərəyə 1 dəfə sevinib.
Qeyd edək ki, "İnter" bu gün "Mladost"u yenə bilməsə, yubileyi gerçəkləşdirmək növbəsi "Zirə"yə keçəcək. Qəsəbə klubu gələn həftə Lüksemburqda "Duffedanj"ın qonağı olacaq. Apasport.az