Gündəm
Dünyanın ən gözəl qadınları formada qalmaq üçün bunları edir
Dəbin və yeni gözəllik etalonlarının formalaşmasında məşhur xanımların rolu böyükdür. Bu yazıda oxucuları Yeva Mendes, Ancelina Coli, Cennifer Lopes, Cennifer Eniston, Keyt Moss, Keyt Middlton və digər ulduzların fərdi pəhriz fəndləri ilə tanış edib.
Ancelina Colinin qızı cinsiyyətini dəyişdirir: 11 yaşı var
Uzun müddətdir dünya mediasının gündəmindən düşməyən Ancelina Coli və Bred Pitt cütlüyünün 11 yaşlı qızı haqqında yayılan iddialar gerçək olub. Cütlüyün ilk bioloji uşağı olan 11 yaşlı Şiloh cinsiyyətini dəyişdirmək üçün hormon dəyişdirici dərmanlar qəbul etməyə başlayıb.
Valbuena "Fənərbağça" ilə müqavilə bağladı
Türkiyənin "Fənərbağça" klubu Matye Valbuena ilə müqavilə imzalayıb. Fransalı yarımmüdafiəçi iki illik müqaviləyə qol çəkib. İstanbul təmsilçisi bu transfer üçün futbolçunun son klubu "Lion"a 1.5 milyon avro ödəyib. 33 yaşlı futbolçu yeni komandasında 28 nömrəli formada çıxış edəcək.
"Apple" şirkətinin bazar dəyəri 183 ölkənin illik gəlirini geridə qoyub
Dünyanın öndə gələn texnologiya şirkətlərindən sayılan "Apple" ağıllı telefon istehsalı ilə bazar dyərini hər il daha da artırır. İstehsal etdiyi cihazlarla texnologiyada yeni cığır açan şirkətin bazar dəyəri 750 milyard dollar təşkil edir. Bu da öz növbəsində 183 ölkənin illik gəlirindən daha çoxdur.
Braziliyalı futbolçu "Qalatasaray"da
"Qalatasaray" Braziliyanın "San Paulu" klubunun futbolçusu Maykon Pereyranı transfer edəcək. 28 yaşlı mərkəz müdafiəçisi bu axşam Bakı vaxtı ilə saat 23:00-da İstanbula gedəcək. Onunla yaxın günlərdə müqavilə imzalanacağı bildirilir.
Növbəti mərhələ: dövlət quruculuğunda yüksələn xətt
Hər bir xalq üçün müstəqillik böyük nemətdir. Yalnız müstəqil dövləti olan millətlər müasir mürəkkəb dünyada mövcud ola bilir, ləyaqətli həyat sürürlər.
Körpü çökdü: 2 nəfər öldü - VİDEO
Çində dəhşətli hadisə baş verib. Çinin Hınan əyalətində yağışdan sonra bəndləri yumşalan körpü, üzərindən insanlar keçərkən bir anda çöküb. 3 nəfərin suya düşdüyü bildirilib. Yıxılanlardan biri körpünün dəmirlərinə yapışaraq özün xilas etməyə çalışıb. Digər iki nəfər isə axına düşərək gözdən itib.
Azərbaycan və Türkiyə hərbi kəşfiyyatçılarının görüşü olub
İyunun 29-da Bakıda Azərbaycan və Türkiyə Silahlı Qüvvələri hərbi kəşfiyyat nümayəndələrinin görüşü keçirilib.
Beytulla Hüseynov MTN generallarının məhkəməsində ifadə verib
Bu gün Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakıda silahlı şəxs yaxalanıb
Bakı şəhər sakinindən “Brownings Patent” markalı tapança götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sadıx Sadıxovdan “Brownings Patent” markalı tapança götürülüb.
Politoloq qaçqın və məcburi köçkünlərdən danışdı
“Dünyada qaçqın məsələsi illərdir ki, müzakirə olunmur və diqqətə alınmırdı. Ancaq son illər Yaxın Şərqdən və bəzi ərəb dövlətlərindən Avropaya insanların qaçqın kimi axın etməsi və sığınacaqlar istəməsi Qərbə və demək olar ki, dünyaya qaçqın probleminin nə olduğunu yada salmış oldu”. Bunu politoloq Ramiz Alıyev deyib.
Məhkəmə Nemtsovun qətlində ittiham olunan bütün şəxsləri günahkar sayıb
Rusiyada andlılar məhkəməsi müxalif siyasətçi Boris Nemtsovun qətlində ittiham olunan bütün şəxsləri günahkar hesab edib. Moskva Dairə Hərbi Məhkəməsi qətlin birbaşa icraçısı kimi ittiham edilən Zaur Dadayev də daxil olmaqla, 5 nəfəri günahkar sayıb. Gələn həftə prokurorluq Z. Dadayevə tələb etdiyi cəzanı açıqlayacaq, məhkəmə isə cəzanın müddətini təyin edəcək. Cinayət Məcəlləsinə əsasən sifarişli qətldə iştirak edənləri ömürlük həbs cəzası gözləyir.
Siciliya mafiyası Almaniyanı ələ keçirir
Avropanın cənubunda iqtisadi situasiyanın pisləşməsi fonunda Siciliya mafiyası Almaniyada yeni ticarət imkanlarını axtarır. Bu haqda “Guardian” qəzeti bildirib. Nəşr Almaniyanın cənub-qərbində narkotiklərlə mübarizə üzrə genişmiqyaslı əməliyyatın nəticələri ilə tanış olub. Əməliyyatın gedişatında aydın olub ki, İtaliyada maliyyə problemləri ilə qarşılaşan mafiya qruplaşmaları Almaniyanın daha müvəffəqiyyətli regionlarına köçürlər.
Xəzərdə batan modelin ölümü ilə bağlı cinayət işi başlanıldı
Xəzər dənizində batan azərbaycanlı model Günel Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Virusların sayı durmadan artır
Antivirus proqramları hazırlayan və təhlükəli proqram təminatlarının aktivliyini izləyən "Kasperski Laboratoriyası"nın mütəxəssisləri həyəcan siqnalı çalıblar. Onların sözlərinə görə, 2013-cü ildə "ağıllı" qurğular üçün 46 virus proqramı mövcud olduğu halda, 2014-cü ildə bu göstərici 193-ə çatıb, 2015-ci ilin sonunda isə 700-ü ötüb.














