"Apple" şirkətinin bazar dəyəri 183 ölkənin illik gəlirini geridə qoyub
Dünyanın öndə gələn texnologiya şirkətlərindən sayılan "Apple" ağıllı telefon istehsalı ilə bazar dyərini hər il daha da artırır. İstehsal etdiyi cihazlarla texnologiyada yeni cığır açan şirkətin bazar dəyəri 750 milyard dollar təşkil edir. Bu da öz növbəsində 183 ölkənin illik gəlirindən daha çoxdur.
29 İyun 2017 18:55 DünyaDünyanın öndə gələn texnologiya şirkətlərindən sayılan "Apple" ağıllı telefon istehsalı ilə bazar dyərini hər il daha da artırır. İstehsal etdiyi cihazlarla texnologiyada yeni cığır açan şirkətin bazar dəyəri 750 milyard dollar təşkil edir. Bu da öz növbəsində 183 ölkənin illik gəlirindən daha çoxdur.
Təkcə telefonların satışından ötən il 136,7 milyard dollar gəlir əldə edən şirkət 10 il öncə San Fransiskoda Stiv Cobs tərəfindən cəmiyyətə təqdim olunub. Qısa zamanda maraqla qarşılanan cihazlar bu gün dünyanın dörd bir yanında insanların dəyişməz seçimlərinə çevrilib. Publika.az