Gündəm

Məscidə hücum etmək istəyən erməni

30 İyun 2017 09:50

Paris yaxınlığında erməni əsilli naməlum şəxs avtomobillə məsciddən çıxan müsəlmanlara hücum etmək istəyib. Naməlum şəxs avtomobillə divara çırpılıb və sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

“Təbriz” rəqs qrupu Şəkidə

30 İyun 2017 09:45

Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı artıq üçüncü gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı və rəngarəng konsert proqramları ilə sevindirir. Festivalın ilk günlərində tamaşaçılar Yaponiyadan, Polşadan, Macarıstandan gəlmiş musiqi qruplarının, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivlərinin çıxışlarını izləyiblər. Festival çərçivəsində iyunun 29-da axşam saatlarında  tamaşaçılara İran İslam Respublikasından gəlmiş “Təbriz” rəqs qrupunun konserti təqdim olunub. Bəstəkarlar İttifaqından "Olaylar" - a bildirilib ki, konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, festivala dəvət olunan qonaqlar və musiqisevərlər iştirak ediblər. 

Yaşıl çayın bilmədiyiniz faydaları

29 İyun 2017 20:20

Yaşıl çay nəinki insanı cavan saxlayır və arıqladır, həm də immun sistemini möhkəmlədirir. Lakin onun tərkibinə daxil olan maddələrdən biri qanda olan immuniteti tənzimləmə funksiyasını yerinə yetirən T-limfositlərinin (leykositlərin bir növüdür) sayını artırır. Bunu Oreqon (ABŞ) ştatının universitetinin Linus Paulinq institutunun tədqiqatçıları müəyyənləşdiriblər.

Xəbərdarlıq: Dar cins şalvar ayaqlarda sinir sıxılmasına səbəb olur

29 İyun 2017 20:10

Bu gün cins geyinməyən yoxdur bəlkə də. Xüsusən də dar cins şalvarlar dəbdən düşmək bilmir. Amma dəb də gərək yaraşa və sağlamlığa faydalı ola. Belə ki, ABŞ mütəxəssisləri dar cins şalvar geyinən qadınlara xəbərdarlıq edib. Onlar bu geyimin ayaqlarda sinir sıxılmasına səbəb olduğunu vurğulayıblar.

Ekologiyaya ziyan vuran ən təhlükəli cihazlar bəlli olub

29 İyun 2017 20:00

“Greenpeace” beynəlxalq ekoloji təşkilatının məlumatına görə, “Apple”, “Samsung” və “LG” şirkətlərinin məhsulları “Dell” və “HP” məhsulları ilə müqayisədə təbiətə böyük ziyan vurur.

“iOS 11” sisteminin beta sınaqları başa çatıb

29 İyun 2017 19:54

“iOS 11” əməliyyat sisteminin beta testinin başa çatmasına görə bundan sonra ondan sistemlə uyğunluq təşkil edən bütün “Apple” qurğu istifadəçiləri yararlana biləcək.

19 yaşlı qız ərini güllələdi: Yutuba görə...

29 İyun 2017 19:50

ABŞ-ın Minnesota ştatında 19 yaşlı Monaliza Perez adlı qadın Yutubda izləyici toplamaq üçün dəhşətli cinayət törədib. Qadın canlı yayımda əri Pedro Ruzizi güllə ilə vurub. Təxminən 30 santimetr məsafədən açılan güllə oğlanın sinəsinə dəyib. Güllənin qarşısını almaq üçün sinəsinə qalın bir kitab tutan Pedro hadisə nəticəsində həyatını itirib.

“Facebook”un auditoriyası 2 milyardı ötüb

29 İyun 2017 19:48

“Facebook” sosial şəbəkəsindən daimi istifadə edənlərin sayı 2 milyardı ötüb. Bu haqda öz səhifəsində “Facebook” şirkətinin qurucusu və direktoru Mark Zukerberq məlumat verib.

Özünü xoşbəxt hiss edən insanlar daha çox yemək yeyirlər...

29 İyun 2017 19:43

Stressdən kökəldiyini deyənlərin yalanı ortaya çıxdı. Hollandiyalı psixoloqlar apardıqları araşdırmalar zamanı maraqlı nəticələr əldə ediblər. Belə ki, 87 tələbənin üzərində aparılan təcrübə özünü xoşbəxt hiss edən insanların daha çox yemək yediyini ortaya çıxarıb. 

Xəstələnməmək üçün bu qaydalara əməl edin!

29 İyun 2017 19:39

Biz həyatımızla pis zarafat edirik, məsələn, siqaret çəkirik, alkoqollu içkilər içirik, bütün günü oturaq işlə məşğul oluruq, kompüterdən və ya televizordan asılırıq. Statistikaya əsasən, xəstəlik baş ağrıları və gözlərin yorğunluğu olan insanları daha tez tapır. Hərəkətsizlik, qan dövranının zəifləməsi, yorğunluq xəstəliyə yoluxmanı asanlaşdırır. Allergiya və digər xroniki xəstəliklər orqanizmi zəiflədir.

Çiyələk dişlərin ağardılmasına kömək edir

29 İyun 2017 19:34

Alimlərə görə, hamının sevdiyi giləmeyvə olan çiyələk diş minasına ağardıcı təsir edir. İndi klinikalarda süni yolla dişləri ağartmağa çoxlu pul xərcləmək lazım deyil. Bu gözəl meyvəni dadmaq kifayətdir. Bunun sirri diş minasının üst qatını təmizləyən alma turşusundadır. Çiyələyi fasiləsiz və kiloqramlarla yemək lazım deyil. Əks halda o, diş minasını məhv edərək zərər yetirə bilər.

ŞOK: Stressli peşələr sonsuzluq yaradır

29 İyun 2017 19:29

Stressli peşələrdə çalışan kişilərdə sperma səviyyəsi aşağı olur. Çörəkçilər, dönərçilər, aşpazlar, hamam və saunada çalışanlar, qızıl-gümüş istehsalı ilə məşğul olanlar, uzun yol sürücüləri, radioterapiya kimi şüa əhatəsində çalışan tibb işçiləri, həşəratların dərmanlanması və kimyəvi maddələr istehsal edilən fabrik-zavodlarda çalışan kişilər sonsuzluq təhlükəsi daşıyırlar.

Nura Surinin bütün gizlinləri ÜZƏ ÇIXDI

29 İyun 2017 19:24

Bir çox sənətçilərin qazandıqları şöhrətdən başları gicəllənir və qeyri-sağlam həyat tərzi sürməyə başlayır. Onlardan fərqli olaraq müğənni Nura Suri düzgün həyat tərzinin qaydalarına ciddi şəkildə əməl edir. Artist bununla kifayətlənməyib onun təbliği ilə də məşğul olur.

Ali təhsili olmayanlarda ürək-damar xəstəliyinə tutulma riski daha çoxdur

29 İyun 2017 19:19

Ali təhsili olmayan adamlarda ürək-damar xəstəliyinə tutulma riski daha çox olur. Belə qənaətə iqtisadi və sosial elmləri müdafiə edən Şuranın (Economic and Sosial Research Council, ESRC) alimləri gəliblər. Bu haqda Medicalxrepss yazır.

Xanımlar kişiləri bu üsulla yoldan çıxarır - Bürclərin inanılmaz BACARIQLARI

29 İyun 2017 19:15

Hər bir qadının öz enerjisi və özü də hiss etmədən istifadə etdiyi sehrbazlıq qüvvəsi var. Bu yazıda oxucuları güclü enerjiyə və təsiretmə qüvvəsinə malik olan qadın Zodiak işarələri ilə tanış edib.