Ali təhsili olmayanlarda ürək-damar xəstəliyinə tutulma riski daha çoxdur
Ali təhsili olmayan adamlarda ürək-damar xəstəliyinə tutulma riski daha çox olur. Belə qənaətə iqtisadi və sosial elmləri müdafiə edən Şuranın (Economic and Sosial Research Council, ESRC) alimləri gəliblər. Bu haqda Medicalxrepss yazır.
29 İyun 2017 19:19 SosialAli təhsili olmayan adamlarda ürək-damar xəstəliyinə tutulma riski daha çox olur. Belə qənaətə iqtisadi və sosial elmləri müdafiə edən Şuranın (Economic and Sosial Research Council, ESRC) alimləri gəliblər. Bu haqda Medicalxrepss yazır.
Mançester Universitetinin professoru Tarani Çandola 1958-ci ildə anadan olmuş 4311 britaniyalının nəticələrini nəzərdən keçirib. O, müəyyən edib ki, əgər təhsili olmayan adamlar yetkin yaşda təhsillərini davam etdirirlərsə, onda onlarda ürək xəstəliklərinə tutulma riski 3 faizə qədər azalır. Alim müəyyənləşdirib ki, 14 faizə qədər könüllü 30-42 yaşlarında ali təhsil alıblar.
T.Çandola "Böyük Britaniyada və başqa ölkələrdə səhhətə münasibətdə bərabərsizlik ciddi narahatlıq doğurur. Biz nəinki öz gələcəyimiz, həm də ki, ali təhsil almaq imkanı olmayan başqa adamların səhhətlərini yaxşılaşdırmaq haqqında da düşünməliyik". Qeyd edək ki, London kolleci Universitetindən olan alimlər komandası sübut etmişdir ki, ali təhsili olmayanlar daha tez qocalırlar. Bu onunla bağlıdır ki, onlar müxtəlif zərərli vərdişlərə meyillidirlər, praktik olaraq fiziki aktivliyə diqqət göstərmirlər, imkanlı adamlardan fərqli olaraq keyfiyyətli tibbi xidmətə yol tapa bilmirlər. Sia.az