Xəbərdarlıq: Dar cins şalvar ayaqlarda sinir sıxılmasına səbəb olur

Bu gün cins geyinməyən yoxdur bəlkə də. Xüsusən də dar cins şalvarlar dəbdən düşmək bilmir. Amma dəb də gərək yaraşa və sağlamlığa faydalı ola. Belə ki, ABŞ mütəxəssisləri dar cins şalvar geyinən qadınlara xəbərdarlıq edib. Onlar bu geyimin ayaqlarda sinir sıxılmasına səbəb olduğunu vurğulayıblar.

Alimlər hesab edir ki, dar cins şalvarlar sinirlər üzərində təzyiq yaradır. Bu da ayaqlarda ağrı və hissizliyə səbəb olur. Eyni zamanda həftənin 3-4 günü dar cins geyinən qadınlarda varikoz və sistit olması riski daha çoxdur. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31