Gündəm
Serenayla Sinemin dekoltesi toyun əsas qəhrəmanlarını kölgədə qoydu
Mükəmməl bədən quruluşu sayəsində istənilən geyimi özünə rəva görən müğənni Serenay Sarıkaya Fahriye Evcenlə Burak özçivitin toyuna geyindiyi libası ilə hər kəsi təəccübləndirib.
Böyük əməliyyat başlayır: 7 min xüsusi təyinatlı ƏMR GÖZLƏYİR - VİDEO
İŞİD və YPG terror təşkilatlarını sərhədlərindən təmizləmək üçün “Fərat Qalxanı” hərəkatı keçirən Türkiyə ikinci əməliyyata başlayır. “Fərat Qılıncı” adı verilən əməliyyat üçün Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusuna “hazır olun!” təlimatı verilib.
Erməni nazir dövlət çevrilişinə hazırlaşır – “ÜÇÜNCÜ MAYDAN” - VİDEO
Ukrayna prezidenti Pyotr Poroşenkonun lideri olduğu “Pyotr Poroşenkonun Bloku” fraksiyasından Ali Radanın deputatı Sergey Leşenko şok ittihamla çıxış edib. Deputat ZIK telekenalının efirində erməni əsilli daxili işlər naziri Arsen Avakovu dövlət çevrilişinə hazırlıqda günahlandırıb. “Arsen Avakovun komandası istənilən ssenarilərə, həmçinin hakimiyyətin güc yolu ilə tutulmasına hazırlaşır. Daxili işlər nazirinin özü baş nazir olmağa hazırlaşır. Axı sirr deyil ki, Avakovun icazəsi olmadan hökumət qərar qəbul etmir”, - Leşenko bildirib.
Bakıda sevgilisini bıçaqlayan qadının məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilənRamilə Əliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Fondun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib
İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib. İclasda Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Fondun icraçı direktoru Vüqar Səfərli və Müşahidə Şurasının yeni təyin olunmuş üzvləri iştirak ediblər.
“Səsini unutma” mövsümə son qoyacaq
İyulun 13 – də Azərbaycan Dövlət “Yuğ” Teatrı mövsümə “Səsini unutma” adlı səhnə əsəri ilə yekun vuracaq. Teatrdan “Olaylar” – a bildirilib ki, yazıçı Kamal Abdullanın “Bir, iki bizimki” pyesi əsasında hazırlanan tamaşa sənət ocağının repertuarında olan yeni tamaşalardandır. Rejissor Gümrah Ömərin quruluşunda təqdim ediləcək səhnə əsərinin quruluşçu rəssamı Rəşid Şerif, musiqi tərtibatçısı Amid Qasımovdur.
Avropa Liqasında görünməmiş hadisə: 19 illik rekord qırıldı
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları yeni rekordla əlamətdar olub. Bu hadisə Şotlandiyada yaşanıb. "Reyncers" öz meydanında Lüksemburqun "Proqres" klubunu 1:0 hesabı ilə məğlub edib.
Musa Qasımlı: “Prezidentin səfəri qarşılıqlı münasibətlərdə yeni səhifə açır”
"Cənab Prezident İlham Əliyevin Polşaya səfərinin, apardığı danışıqların, müzakirə edilən məsələlərin və imzalanan sənədlərin böyük əhəmiyyəti vardır”. Bunu millət vəkili Musa Qasımlı deyib.
Türkiyədə istilər 30 ilin rekordunu qıracaq
Şimali Afrika istiləri ilə “qovrulan” Türkiyə qırmızı həyəcana girib. Qardaş ölkədə bu gündən başlayaraq havanın temperaturu qalxaraq 30 ilin rekordunu qıracaq. Türkiyənin Meteorologiya İdarəsi açıqladığı məlumatda bildirib ki, Şimali Afrikadan gələn isti hava bu gündən etibarən daha da isinəcək. İstanbulda havanın temperaturu 40 dərəcəyə yüksələrək rekord həddə çatacaq.
Karakasda etiraz aksiyası davam edir: daha 17 nəfər xəsarət alıb
Venesuelanın paytaxtı Karakasda etiraz aksiyası zamanı 17 nəfər xəsarət alıb. Xəsarət alanlardan 8 gözyaşardıcı qazdan zəhərlənib.
Erməni sürücü maşını məscidən çıxanların üstünə sürdü - İŞİD-ə işləyirmiş
Parisdə məsciddən çıxan müsəlmanlar hücuma məruz qalıblar. Creteil bölgəsində baş verən hadisə zamanı erməni əsilli İŞİD üzvü maşını namazdan sonra məsciddən çıxanların üstünə sürüb. Faciənin qarşısını isə məscidin qarşısına quraşdırılmış dəmir bardürlər alıb. İstəyinə nail ola bilməyən terrorçu hadisə yerində qaçıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı AŞPA görüş keçirəcək
"Münaqişələrin həllinə həsr edilən növbəti görüşün Avstriyanın Vyana şəhərində keçirilməsi planlaşdırılırdı. Təəssüflər olsun ki, mürəkkəb beynəlxalq vəziyyətlə əlaqədar olaraq tərəfdaşları bir yerə yığmaq mümkün olmadığı üçün bu görüş təxirə salınıb".
İş adamını çay evində bıçaqladılar - Gecə saatlarında mağazaları yandırıldı -
Türkiyənin Kütahya rayonunun Simav mahalında 36 yaşlı iş adamı Fatih Aydar istirahət etdiyi çay evində bıçaqlı hücuma məruz qalıb. Xəstəxanaya çatdırılan sahibkarın həyatını xilas etmək mümkün olmayıb.
Fikrət Reyhan “Ən yaxşı rejissor” mükafatına layiq görüldü
Rusiyada gerçəkləşən 39-cu Beynəlxalq Moskva Film Festivalına yekun vurulub. Festivalda “Ən yaxşı film” mükafatı Çin kinematoqrafiyasının istehsalı olan “Təpəli güzgü” filminə, “Xüsusi jüri” mükafatı isə Rusiya kinematoqrafiyasının istehsalı sayılan “The Bottomless Bag” filminə verilib.
Ərdoğan Trampla danışacaq
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Trampın bu gün telefon danışıqları olacağı barədə xəbər verilir. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, . Ağ Evdən verilən məlumata görə, Ərdoğan ilə Trump arasındakı telefon danışığı Türkiyə saatı ilə 16 :30 - da həyata keçiriləcək.




.jpg)









