Bakıda sevgilisini bıçaqlayan qadının məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilənRamilə Əliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Ramilə Əliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 6-na təyin edilib.

İttihama görə, R.Əliyeva mübahisə nəticəsində qeyri-rəsmi nikahda yaşadığı Elxan Həsənovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan E.Həsənovun həyatını xilas etmək mümkün olub. Hadisə zamanı hər iki şəxs sərxoş vəziyyətdə olub. R.Əliyevaya Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham olunur. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31