“Səsini unutma” mövsümə son qoyacaq

 İyulun 13 – də Azərbaycan Dövlət “Yuğ” Teatrı mövsümə  “Səsini unutma” adlı səhnə əsəri ilə yekun vuracaq. Teatrdan “Olaylar” – a bildirilib ki, yazıçı Kamal Abdullanın “Bir, iki bizimki” pyesi əsasında hazırlanan tamaşa sənət ocağının repertuarında olan yeni tamaşalardandır. Rejissor Gümrah Ömərin quruluşunda təqdim ediləcək səhnə əsərinin quruluşçu rəssamı Rəşid Şerif, musiqi tərtibatçısı Amid Qasımovdur.

İyulun 13 - də Azərbaycan Dövlət "Yuğ" Teatrı mövsümə  "Səsini unutma" adlı səhnə əsəri ilə yekun vuracaq. Teatrdan "Olaylar" - a bildirilib ki, yazıçı Kamal Abdullanın "Bir, iki bizimki" pyesi əsasında hazırlanan tamaşa sənət ocağının repertuarında olan yeni tamaşalardandır. Rejissor Gümrah Ömərin quruluşunda təqdim ediləcək səhnə əsərinin quruluşçu rəssamı Rəşid Şerif, musiqi tərtibatçısı Amid Qasımovdur.

Tamaşada rolları əməkdar artistlər Məmmədsəfa Qasımov, Amid Qasımov və Ləman Novruzova ifa edəcək. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş ediləcək səhnə əsərinin xronometrajı 70 dəqiqə olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31