Gündəm

"Piyan idim, yumruq atdım, burnu sındı" - Oğurluq edən keçmiş məhkum saxlanıldı - VİDEO 

30 İyun 2017 12:43

İyunun 27-də saat 02 radələrində paytaxtın Xəzər rayonu Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum 2 nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib, təmir-tikinti alətləri və bir ədəd "DVD player" götürərək hadisə yerindən qaçıblar. Vasin xəstəxanaya yerləşdirilib.

Bakıda modelin öldüyü hadisə ilə bağlı yeni faktlar - Qızları qayığa kim mindirib?

30 İyun 2017 12:41

Bir neçə gün əvvəl Bakı şəhərinin Sabunçu rayonu ərazisində çimərlikdə model Günel Mirzəyevanın öldüyü hadisə ilə bağlı maraqlı faktlar üzə çıxıb.   Hadisə Bilgəhdə - Kardioloji sanatoriyanın yaxınlığındakı çimərlikdə baş verib

İyul ayının hava proqnozu

30 İyun 2017 12:28

İyul ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 24-28 dərəcə isti (gecələr 22-27, gündüzlər 29-34, bəzi günlərdə 36-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 2-3 mm) olacağı gözlənilir.

DÇ: Taekvondoçumuz yarımfinala yüksəldi

30 İyun 2017 12:26

Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə keçirilən dünya çempionatı davam edir. Bu gün keçirilən döyüşlərdən sonra Azərbaycan millisinin daha bir idmançısı yarımfinala yüksəlib.

Federasiya təkzib etdi, Toğrulun baş məşqçisi isə "Yaxşı şərtlər təklif etdilər" dedi

30 İyun 2017 12:20

Toğrul Əsgərovun Türkmənistan millisinə dəvət olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Sizdə olan məlumat səhvdir və bu keçid mümkün deyil. Bunu Türkmənistan Güləş Federasiyasının prezidenti Tahir Xanməmmədov deyib. Qurum rəsmisi Olimpiya çempionu Toğrul Əsgərovun vətəndaşlığını dəyişməsi ilə bağlı yayılan səbəblərə münasibət bildirib.

"Ermənilər salonun qarşısında etiraz aksiyası keçirməyə cəhd etdilər" - Xalq artisti - VİDEO 

30 İyun 2017 12:18

"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı xalq artisti Mənsum İbrahimov olub. Maraqlı açıqlamaları ilə diqqət çəkən xalq artisti, ilk olaraq, xarici səfərindən söz açıb: "Bir neçə səfərimiz oldu. Cenevrədə səfərdə olduq. BMT-nin mənzil qərargahında konsert verdim. Sonra bu yaxınlarda Los-Anceles və San-Dieqoda konsert proqramı ilə çıxş elədik.

Əmək Nazirliyi tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirib

30 İyun 2017 12:14

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri Bakı Biznes Universitetində keçirilib.

Universitet yaxınlığında partlayış

30 İyun 2017 12:11

Ukraynanın şərqində Rusiya  separatçıların nəzarətində olan Donetsk şəhərində partlayış Baş verib. “Olaylar” Anadolu agentliyinə istinadən bildirir ki, şəhərin mərkəzində Şevçenko Bulvarında yerləşdirilən partlayıcı qurğu bulvar yaxınlığında yerləşən Ticarət Universiteti binasına xeyli ziyan dəyib. Hadisə nəticəsində ölən və ya yaralananın olmadığı bildirilir.

Bakıda 1 mənzili 6 nəfərə satan şirkət direktorunun cinayət işi ayrılıb

30 İyun 2017 12:09

Dələduzluqda təqsirləndirilən "AENT-E" MMC-nin direktoru Əkbər Cəfərovun cinayət işi daha bir hakimin icraatına verilib. Buna səbəb Ə. Cəfərovun cinayət işi üzrə zərərçəkmişlərin çox olmasıdır. 400 nəfər zərərçəkmişin şikayəti üzrə yeni cinayət işi hakim Eynulla Vəliyevin icraatında araşdırılır.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri iyulda görüşə bilər

30 İyun 2017 12:06

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulda görüşü  keçirilə bilər. Bu barədə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan deyib.

Avropanın daha bir ölkəsi bircinsli nikahları leqallaşdırdı

30 İyun 2017 12:04

Almaniya Bundestaqı (parlament) bircinsli nikahların qanuniləşdirilməsi haqqında qanunu bəyənib. Bundestaqın 393 deputatı qanun layihəsinin lehinə, 226-sı isə əlehinə səs verib, 4 parlament üzvü bitərəf qalıb.

Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib

30 İyun 2017 12:02

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, kollegiyada məhkəmə-hüquq sahəsində həyata keçirilən işlərə dair geniş prezentasiya nümayiş etdirilib.

Aliment verməkdən boyun qaçıranların işi çətinləşir

30 İyun 2017 11:58

Azərbaycanda alimentlə bağlı məhkəmə qərarların dərhal icra olunması ilə bağlı daha bir dəyişiklik edilir. Bununla bağlı "İcra haqqında" qanuna əlavə təklif edilir. Qanunun 13-cü maddəsinə (İcra sənədlərinin icraya yönəldilməsi müddətləri) təklif edilən yeni bəndə əsasən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icraya yönəldilir. Həmin maddəyə təklif edilən digər bəndə əsasən isə, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icraya yönəldilməlidir.

ABŞ yüzlərlə hərbçisini İrəvana göndərdi - Qorxunc plan İŞƏ DÜŞDÜ

30 İyun 2017 11:55

ABŞ-ın Ermənistanda siyasi rejimin dəyişməsi ilə bağlı əməliyyatının ikinci mərhələsinə tam güclə strat verilib. Hazırda, yüzlərlə amerikalı hərbçi Ermənistandadır. İddiaya görə, amerikalı hərbçilər təlimatçı, yaxud müxtəlif ad altında Ermənistana gəliblər.

ABŞ-dan Rusiyaya öldürücü zərbə - LAYİHƏ TAMAMLANDI

30 İyun 2017 11:53

ABŞ Konqresinin Senatı Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini tamamlayıb. Daha əvvəl Respublikaçılar Partiyasının nümayəndələri bildirirdilər ki, qanun layihəsindəki səhvlər onun tamamlanmasını tələb edir. Bildirilirdi ki, layihə ABŞ konstitusiyasını pozur.