Bakıda 1 mənzili 6 nəfərə satan şirkət direktorunun cinayət işi ayrılıb
Dələduzluqda təqsirləndirilən "AENT-E" MMC-nin direktoru Əkbər Cəfərovun cinayət işi daha bir hakimin icraatına verilib. Buna səbəb Ə. Cəfərovun cinayət işi üzrə zərərçəkmişlərin çox olmasıdır. 400 nəfər zərərçəkmişin şikayəti üzrə yeni cinayət işi hakim Eynulla Vəliyevin icraatında araşdırılır.
30 İyun 2017 12:09 KriminalDələduzluqda təqsirləndirilən "AENT-E" MMC-nin direktoru Əkbər Cəfərovun cinayət işi daha bir hakimin icraatına verilib. Buna səbəb Ə. Cəfərovun cinayət işi üzrə zərərçəkmişlərin çox olmasıdır. 400 nəfər zərərçəkmişin şikayəti üzrə yeni cinayət işi hakim Eynulla Vəliyevin icraatında araşdırılır.
Qeyd edək ki, cinayət işi eyni zamanda hakim Novruz Kərimovun icraatına verilib və məhkəmə prosesi hazırda davam edir. İttihama görə, Ə. Cəfərov qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə, 1 mənzili 6 nəfərə satmaqda təqsirləndirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb. Apa.az