"Ermənilər salonun qarşısında etiraz aksiyası keçirməyə cəhd etdilər" - Xalq artisti - VİDEO
"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı xalq artisti Mənsum İbrahimov olub. Maraqlı açıqlamaları ilə diqqət çəkən xalq artisti, ilk olaraq, xarici səfərindən söz açıb: "Bir neçə səfərimiz oldu. Cenevrədə səfərdə olduq. BMT-nin mənzil qərargahında konsert verdim. Sonra bu yaxınlarda Los-Anceles və San-Dieqoda konsert proqramı ilə çıxş elədik.
30 İyun 2017 12:18 Mədəniyyət"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı xalq artisti Mənsum İbrahimov olub. Maraqlı açıqlamaları ilə diqqət çəkən xalq artisti, ilk olaraq, xarici səfərindən söz açıb: "Bir neçə səfərimiz oldu. Cenevrədə səfərdə olduq. BMT-nin mənzil qərargahında konsert verdim. Sonra bu yaxınlarda Los-Anceles və San-Dieqoda konsert proqramı ilə çıxş elədik.
Los-Ancelesdə 2000 nəfərlik bir salondaydı konsertimiz. Hətta mənfur qonşularımız salonun qarşısında etiraz aksiyası belə keçirməyə cəhd etdilər. Çünki orada onlar kompakt şəkildə yaşayırlar. Həmişə olduğu kimi mənfur sifətlərini göstərməyə çalışdılar. Ancaq təsirləri olmadı. 2000 nəfərlik salonda konsert anşlaqla keçdi.
Amerikalı bir fotoqrafın Bakı haqqında çəkdiyi fotolardan ibarət fotosərgi keçirildi. "Əli və Nino" filminin təqdimatı oldu. Mədəniyyət günləri kimi silsilə tədbirlər keçirildi. Sonda San-Dieqoda hamımız səhnəyə qalxdıq. Azərbaycan mahnısı oxundu. Bayrağımız səhnəyə gəldi". Qastrol səfərindən geri qayıdan sənətçi verdikləri konsertlərdə qeyri-millətlərin nümayəndələrini belə ovsunlamağı bacardıqlarını etiraf edib: "Azərbaycan musiqisi o qədər zəngindir ki, dünyanın hər bir yerində yüksək səviyyədə qarşılanır. Amma hər bir konsertin öz tamaşaçısı var. Bizim üçün də sevindirici oldur ki, tamaşaçılar böyük maraqla bizi qarşıladılar. Azərbaycan mahnısı oxunub qurtarandan sonra bütün salon ayağa qalxırdı. Konsertdəki tamaşaçıların 90 faizi amerikanlar idi".
Mənsum müəllim gərgin işlərindən söhbət açarkən istirahət haqda da fikirlərini bölüşdü:
"Hələ istirahət haqda düşünmürəm. Çünki iyulun beşinə qədər imtahanlarımız var. İmtahan komissiyasının üzvüyəm. Ayın beşindən sonra qısamüddətli şəkildə bölgələrimizdə istirahət etməyi düşünürəm. Ancaq uzunmüddətli yox".
Xalq artisti məşhurluğun onu sevindirdiyini də gizlətmədi: "Bəzən insan istəyir ki, rahat olsun. Ancaq diqqət mərkəzində olmaq xoşdur. Xalqın sənətkarıyıq. İnsanlar ancaq məhəbbətlərini bildirirlər. Buna sevinmək lazımdır".
Sənətçi uğurlarını həzm edə bilməyənlər olsa da, Mənsum İbrahimov bunun müsbət hal olduğunu dilə gətirib: "Əgər bu gün sənətkar meydandadırsa, qısqanclıq, paxıllıq deməzdim, rəqabər olacaq. Bu, normaldır. O insana rəqib olmur ki, o, heç bir iş görmür, onu hamı tərifləyir. İş görən insanın təbii ki, rəqibi də olacaq, onun işinə nöqsan tapan da olacaq".
Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz. Milli.az