Universitet yaxınlığında partlayış
Ukraynanın şərqində Rusiya separatçıların nəzarətində olan Donetsk şəhərində partlayış Baş verib. “Olaylar” Anadolu agentliyinə istinadən bildirir ki, şəhərin mərkəzində Şevçenko Bulvarında yerləşdirilən partlayıcı qurğu bulvar yaxınlığında yerləşən Ticarət Universiteti binasına xeyli ziyan dəyib. Hadisə nəticəsində ölən və ya yaralananın olmadığı bildirilir.
30 İyun 2017 12:11 DünyaUkraynanın şərqində Rusiya separatçıların nəzarətində olan Donetsk şəhərində partlayış Baş verib. "Olaylar" Anadolu agentliyinə istinadən bildirir ki, şəhərin mərkəzində Şevçenko Bulvarında yerləşdirilən partlayıcı qurğu bulvar yaxınlığında yerləşən Ticarət Universiteti binasına xeyli ziyan dəyib. Hadisə nəticəsində ölən və ya yaralananın olmadığı bildirilir.
Qeyd edək ki, həftəiçi ərzində paytaxt Kiyevin mərkəzində bir avtomobildə baş verən partlayış nəticəsində Ukrayna Müdafiə Nazirliyinə mənsub bir kəşfiyyatçı həyatını həlak olmuşdu. Təhlükəsizlik Qüvvələri hadisəni terror hücumu kimi xarakterizə etmişdilər.