"Piyan idim, yumruq atdım, burnu sındı" - Oğurluq edən keçmiş məhkum saxlanıldı - VİDEO 

İyunun 27-də saat 02 radələrində paytaxtın Xəzər rayonu Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum 2 nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib, təmir-tikinti alətləri və bir ədəd "DVD player" götürərək hadisə yerindən qaçıblar. Vasin xəstəxanaya yerləşdirilib.

İyunun 27-də saat 02 radələrində paytaxtın Xəzər rayonu Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum 2 nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib, təmir-tikinti alətləri və bir ədəd "DVD player" götürərək hadisə yerindən qaçıblar. Vasin xəstəxanaya yerləşdirilib. Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar.

Şahlar Novruzov - saxlanılan şəxs: "Yumruq atdım burnu sındı. Çıxanda qapının yanında "sumka" var idi. Baltanı da onun əlindən alıb, qoymuşdum onun içinə. Piyan idim. Çıxanda əl atdım, balta da içində idi, dedim ki, birdən durub ayağa baltanı götürüb üstümə gələr, piyan adamam".

Qeyd edək ki, hər iki şəxs İqor Vasini döyən zaman evdəki elektrik sobası aşıb, elə bu səbəbdən cinayəti törətməkdə şübhəli bilinən şəxslər hadisə yerindən qaçandan sonra mənzildə yanğın baş verib. Milli.az ARB TV-yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31