Gündəm

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə nazirlər səviyyəsində görüşə hazırdır

30 İyun 2017 13:30

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə nazirlər səviyyəsində görüşə hazırdır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

NATO nümayəndəsi: "Hər iki tərəfi Dağlıq Qarabağ münasiqşəsinin həlli üçün substantiv danışıqlara çağırırıq"

30 İyun 2017 13:28

Hesab edirik ki, qonşularımız daha sabit olanda, biz daha təhlükəsiz oluruq. Əlaqələrimiz bizim ortaq marağımıza uyğundur. Məsələn, Azərbaycan bizim Əfqanıstandakı missiyamıza töhfə verir. Eyni zamanda NATO Azərbaycana kömək edir. NATO və müttəfiqləri müdafiə və təhlükəsizlik sahəsində islahatlara dair əhəmiyyətli təcrübəyə malikdir və Azərbaycan bu resursdan silahlı qüvvələrinin və müdafiə sahəsində təhsilin modernləşdirilməsi, silahlı qüvvələrdə şəffaflığın təşviqi, minadan təmizləmə əməliyyatlarının həyata keçirilməsi və NATO təlimlərində iştirak etməklə istifadə edir.

Zidan oğlunu "Real"dan göndərdi

30 İyun 2017 13:27

Zinəddin Zidanın oğlu Enzo karyerasını "Alaves"də davam etdirəcək. "Real"ın əvəzedici heyətində çıxış edən 22 yaşlı yarımmüdafiəçi bask klubu ilə 3 mövsümü əhatə edən müqavilə imzalayıb. Enzo Zidanın 4 oğlu arasında ən böyüyüdür. O, 2014-cü ildən "Real Madrid Castilla"da çıxış edirdi və 5 qolun müəllifi olmuşdu.

Türk ədəbiyyatının ən yaxşıları

30 İyun 2017 13:14

Türkiyəli tənqidçilər, yazarlar, alimlər, ədəbiyyat müəllimləri və naşirlərdən ibarət 100 nəfərlik bir heyət “Türk ədəbiyyatının  Ən Yaxşı 100 Romanı” siyahısını tərtib ediblər. 100 nəfərlik münsif əsərləri 10 bal sistemi ilə dəyərləndiriblər. Qiymətləndirmə  nəticəsində ilk 10 sırada bu əsərlər yer alır:

Trampın istəyi rəsmən reallaşdı

30 İyun 2017 13:12

ABŞ prezidenti Donald Trampın əhalisinin çoxu müsəlmanlar olan 6 ölkənin vətəndaşlarına və bütün qaçqınlara tətbiq etdiyi viza almaq məhdudiyyəti rəsmən qüvvəyə mindi.

Sabah 40 dərəcə isti olacaq

30 İyun 2017 13:11

İyulun 1-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Artıq pulunuzu oğurlaya bilməyəcəklər - Mobil telefon istifadəçilərinə şad xəbər

30 İyun 2017 13:09

Mobil telefon istifadəçilərinin istəmədən qoşulduqları abunəliklərin qarşısı alınır. Milyonlarla mobil telefon istifadəçisininin cibinə və əsəblərinə zərər yetirən "abunə" fırıldağının sonu çatdı. Ümumdünya İnformasiya Texnologiyaları və Kommunikasiya Agentliyi (BTK), istehlakçıların internetdən istifadə edərkən tələb və razılığı olmadan spam abunə reallaşdırıldığı "əlavə dəyərli xidmətlər"lə əlaqədar dəyən zərərin qarşısını almaq üçün "təsdiq"i əlavə edir.

General rüşvət kimi küçük alıbmış

30 İyun 2017 13:07

Rusiya İstintaq Komitəsinin Daxili Təhlükəsizlik Xidmətinin rəhbəri Mixail Maksimenko rüşvət şəklində it küçüyü almaqda ittiham olunur. Bu barədə "Kommersant'" qəzeti məlumatlı mənbələrə istinadən məlumat yayıb.

"Leylanın əməliyyatı uğurlu keçdi, lakin..." - "Zəfəran Hospital"

30 İyun 2017 13:06

"Zəfəran Hospital"da liposaksiya (piy sovurma) əməliyyatına girən 22 yaşlı model Leyla Oruclunun ölüm səbəbini dəqiq bilmək üçün ekspertizanın rəsmi rəyini gözləyirik. Yalnız bundan sonra mətbuata açıqlama veriləcək.

Hidrometeoroloji müşahidə sisteminin modernləşdirilir

30 İyun 2017 12:58

İqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri  müntəzəm olaraq  davam etdirilir.

Deputat: “Şahidlərin ifadələrində dövlətə meydan oxunması hallarına rast gəlinsə də, tədbir görülmür”

30 İyun 2017 12:57

Milli Məclisin iyunun 30-da  keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bəzən məhkəmə proseslərində şahid ifadələrində dövlətə meydan oxunması hallarından narahatlığını bildirib.

Barak Obama İndoneziyada

30 İyun 2017 12:57

Keçmiş Amerika prezidenti Barak Obama həyat yoldaşı və qızları ilə birgə İndoneziyada istirahət edir. “Olaylar” “Amerikanınsesi” – nə istinadən bildirir ki, doqquz günlük tətillərini Balidə keçirən Obama ailəsi daha sonra Yogyakartada yerləşən məbədləri  ziyarət ediblər. Obama ailəsinin Hindu məbədi olan Prambananı da ziyarət edəcəyi gözlənilir.

Ziyafət Əsgərov: “Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının sayı şişirdilir”

30 İyun 2017 12:55

“Azərbaycanda məhkəmə-hüquq sisteminə kölgə salmaq üçün bəziləri Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı qərarların sayının bilərəkdən çox olduğunu bildirir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında birinci vitse - spikeri, Məhkəmə Hüquq Şurasının üzvü Ziyafət bildirib.

MM bir sıra hakimlərin namizədliyini təsdiqləyib

30 İyun 2017 12:54

Milli Məclisin (MM) bu gün keçirilən iclasında müxtəlif məhkəmə instansiyalarına hakimlərin təyinatı ilə bağlı məsələyə baxılıb. “Olaylar”ın məlumatına görə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə MM-ə daxil olan məsələ barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

"Türkiyə prezidenti Almaniyaya səfərini ləğv etmək fikrində deyil"

30 İyun 2017 12:45

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyadakı türk ictimaiyyəti qarşısında çıxışına qadağa qoyulmasına cavab olaraq Hamburqa səfərini ləğv etmək ehtimalını nəzərdən keçirmir.