Hidrometeoroloji müşahidə sisteminin modernləşdirilir
İqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri müntəzəm olaraq davam etdirilir.
30 İyun 2017 12:58 Sosialİqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri müntəzəm olaraq davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər nazirliyindən "Olaylar" - a bildirilib ki, təkcə 2016-cı ildə 30 ədəd ən müasir avtomat meteoroloji stansiya quraşdırılmış və onların sayı 68-ə çatdırılıb. İqlim məlumatlarının idarə olunması sistemi və müasir telekommunikasiya sistemi quraşdırılıb, bununla da hidrometeorologiyanın avtomatlaşdırma səviyyəsi 100 faizə çatdırılıb.
2017-ci ilin yanvar ayından etibarən hidrometeoroloji müşahidə məlumatlarının elektron qaydada toplanması təmin olunub. Ümumdünya Meteorologiya Təşkilatı ilə məlumat mübadiləsinin yeni sistem vasitəsi ilə həyata keçirilməsinə başlanılıb.