Deputat: “Şahidlərin ifadələrində dövlətə meydan oxunması hallarına rast gəlinsə də, tədbir görülmür”

Milli Məclisin iyunun 30-da  keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bəzən məhkəmə proseslərində şahid ifadələrində dövlətə meydan oxunması hallarından narahatlığını bildirib.

Milli Məclisin iyunun 30-da  keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bəzən məhkəmə proseslərində şahid ifadələrində dövlətə meydan oxunması hallarından narahatlığını bildirib. "Olaylar"ın məlumatına görə, Q. Həsənquliyev deyib ki, son zamanlar bəzi məhkəmə proseslərində şahidlərin ifadələrində dövlətə qarşı qanunsuz əməllərinin açıq etirafına rast gəlinir, lakin barələrində hüquqi ölçü götürülmür: "Bəzi hallarda şahidlər prosesdə ifadə verən zaman vəzifədə olarkən nə qədər yeyinti etdiklərini, hansı qanunsuzluqlar törətdiklərini açıq meydan oxuyaraq bildirirlər. Amma təəssüf ki, bizim məhkəmə hüquq sistemi sonra bununla bağlı tədbir görmür. Bu da insanların məhkəmə ədalətinə inamını azaldır". Deputat həmçinin ölkədə bəraət hallarının azadlığını bildirib və bunun narahatedici hal olduğunu deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31