Gündəm
DMX qanunsuz miqrasiyaya ilə məşğul olan əcnəbilər haqda məlumat açıqlayıb
Son günlər Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş mübarizə tədbirləri zamanı 44 nəfər Pakistan İslam Respublikası, 3 nəfər Banqladeş Xalq Respublikası və 1 nəfər Filippin Respublikası vətəndaşı saxlanılıblar.
Kralı vəzifədən gedir - "SƏSSİZ ÇEVRİLİŞ”
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl-Səudun hakimiyyətə gəldiyi 2015-ci ilə qədər beynəlxalq arenada kimsənin tanımadığı oğlu Məhəmməd bin Salman Əl-Səudun iki il ərzində az qala ölkədə bütün orqanlara nəzarəti ələ keçirməsi və son olaraq əmisi oğlu Məhəmməd bin Nayifin yerinə birinci vəliəhd şahzadə vəzifəsinə gətirilməsi Yaxın Şərqdə ən çox müzakirə edilən mövzu olaraq qalmaqdadır.
ABŞ 100 min homoseksualı bağışlayacaq
ABŞ Konqresinin Demokratlar Partiyasından olan üzvü Mark Poukan “Don't ask, Don`t Tell” qanununa görə Amerika hərbçilərinin hərbi xidmətdən çıxarılmasının səbəblərini təkrar gözdən keçirməyi təklif edib.
Rusiya 3 il sonra Qafqaz ölkələrində və Xəzərdə... - ABŞ kəşfiyyatının ŞOK PROQNOZU
Rusiya dəniz dövləti statusundan məhrum olacaq. Bu proqnozla ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzi çıxış edib.
Reyhanın vurulduğu yoldakı təhlükə... - Günahkar kimdir? - VİDEO
Azərbaycan çempionu Reyhan Məmmədovanın piyada zolağında vurularaq öldürülməsini əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirə olunub. Gənc idmançı yol hərəkət qaydalarına tam əməl edərək piyada keçidindən keçsə də, sürətlə gələn maşın onun həyatına son qoyub.
Aparıcı canlı yayımda öldü - VİDEO
Fitr bayramı münasibətilə təşkil edilmiş tədbirin aparıcısı canlı yayımda qəflətən dünyasını dəyişib. İlkin olaraq onun səs tonu dəyişib, daha sonra üzündə qorxu ifadəsi yaranıb. Bundan sonra sakitcə başını aşağı salıb və yıxılıb.
Bakıda “Azərbaycanda jurnalistlərin həmkarlar təşkilatlarının durumu və gələcək inkişaf meylləri” mövzusunda konfrans keçirilib
Jurnalistlərin Həmkarlar İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə iyunun 30-da “Azərbaycanda jurnalistlərin həmkarlar təşkilatlarının durumu və gələcək inkişaf meylləri” mövzusunda Konfrans keçirilib.
Parlamentdə Heydər Əliyev, Rəsulzadə və Elçibəyin adına universitetlərin yaradılması təklif edildi
“Gələn il müstəqil Azərbaycan dövlətinin yaradılmasında xidmətləri olan iki tarixi şəxsiyyətin Əbülfəz Elçibəyin 80, Heydər Əliyevin 95 illiyi qeyd olunacaq.Bundan bir il sonra isə Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi keçiriləcək”. “Olaylar” xəbər verir ki, bunu deyən millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, bu şəxsiyyətlərin adları əbədiləşdirilməlidir: “ Mən keçən dəfə də çıxışımda dedim ki, biz universitetlərin, alimlərin və tələbələrin sayına görə dünya ölkələrindən geri qalırıq. Bunu ardan qaldırmaq üçün söylədiyim hər üç tarixi şəxsiyyətin adına yeni universitetlər aça bilərik. Bu, çox müsbət hal olar. Həm o şəxsiyyətlərin ruhu şad olar, həm də Azərbaycanda yeni universitetlər yaradılmış olar”.
Muğam Mərkəzində Adil Bağırovun 80 illik yubileyi
Muğam Mərkəzində Xalq artisti, ”Şöhrət” ordenli, Prezident təqaüdçüsü, “Xatirə” xalq çalğı alətləri ansamblının bədii rəhbəri Adil Bağırovun 80 illik yubileyinə və 60 illik sənət fəaliyyətinə həsr olunmuş konsert keçirilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət kanalı, Azərbaycan radiosu və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə təşkil olunub.
Ali Məhkəməyə yeni hakimlər təyin edilib
Milli Məclisinin növbədənkənar sessiyasınının bu gün keçirilən sonuncu plenar iclasında Ali Məhkəməyə yeni hakimlərin təyin olunma məsələsinə baxılıb. “Olaylar”ın xəbərinə görə, Ali Məhkəmə üzrə hakimlik səlahiyyətinin müddəti 2017-ci il iyunun 19-da başa çatan Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Ağakərim qızı Məmmədova Ali Məhkəmənin hakimi təyin edilib. “Məhkəmələr və hakimlər haqqında” qanunun 93-4-cü maddəsinə uyğun olaraq Tahir Lələkişi oğlu Kazımov Ali Məhkəmənin hakimi təyin olunub.
657 nəfər narkomaniyadan məcburi müalicəyə cəlb olunub
İyunun 30 – da Respublika Narkoloji Dispanserində narkomaniyaya qarşı beynəlxalq mübarizə gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Respublika Narkoloji Dispanserinin baş həkim müavini Bilal Əsədov qeyd edib ki, ötən ilin statistikasına əsasən, respublika üzrə rəsmi olaraq 29948 nəfər qeydiyyatda olan narkoman var. Onlardan 612 nəfəri qadınlardır. 2017-ci ilin 6 ayı ərzində isə 657 nəfər məcburi müalicəyə cəlb olunub.
Nazir: “ABB-nin xarici borcuunu artması Azərbaycanın kredit reytinqinə mənfi təsir etməyəcək”
“Dövlətin ABB-nin borclarını üzərinə götürməsi Azərbaycanın kredit reytinqinə mənfi təsir etməyəcək”. “Olaylar” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib. Nazir qeyd edib ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin könüllü restrukturizasiyası ilə bağlı proqramın qəbulundan sonra xarici kredtorların xeyrinə 2,4 mlrd. dollar dəyərində orta və uzunmüddətli dövlət istiqrazları buraxılacaq.
“Dinimizə ağılla, düşüncə ilə baxmaq lazımdır”
Azərbaycan müsəlman ölkəsi olsa da, lakin insanlarımızın əksəriyyəti heç də İslama aid olan bəzi hökmləri, şərtləri bilmir, ondan uzaq durur. Nəinki, vacib hökm və şərtlər, hətta ən sadə davranışlar barədə belə məlumatsız olanlar var.
İŞİD mühasirəyə alındı
ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) Rakkada İŞİD üzvlərini tamamilə mühasirəyə aldığını açıqlayıb. Kürd və ərəb qüvvələrindən ibarət demokratik qüvvələr İŞİD-in cənuba qaçmaq üçün istifadə etdiyi bütün yolları bağlayıb.
Xədicə İsmayıl Mehman Qələndərlinin ölümündə günahlandırılır
Müxalifət arealında “hüquq müdafiəçiləri” kimi tanınan şəxslər arasında yeni və barışmaz qarşıdurma yaranır. Maraqlıdır ki, bu kimi qarşıdurmalarda yenə də Xədicə İsmayılın adı hallanır ki, bu amil onun sözügedən sahədə bütün rıçaqları əlində saxlamaq iddiasını sübuta yetirmiş olur. Belə ki, məsələ ilə bağlı bir müddət öncə vəkillər Elçin Sadıqov, Yalçın İmanov, də müxalifətçi jurnalist Əvəz Zeynallı, eləcə də tez-tez siyasi məhbus və qrant savaşlarında adı hallanan “Kür” vətəndaş cəmiyyətinin sədri Oqtay Gülalıyev cəzaçəkmə müəssisəsində uzun sürən xəstəlikdən sonra vəfat etmiş Mehman Qələndərlinin ölümündə müxalifət cameəsində özünü “araşdırmaçı jurnalist”, eləcə də “hüquq müdafiəçisi” kimi təqdim edən Xədicə İsmayılı günahkar bilirlər.














