Nazir: “ABB-nin xarici borcuunu artması Azərbaycanın kredit reytinqinə mənfi təsir etməyəcək”

“Dövlətin ABB-nin borclarını üzərinə götürməsi Azərbaycanın kredit reytinqinə mənfi təsir etməyəcək”. “Olaylar” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib. Nazir qeyd edib ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin könüllü restrukturizasiyası ilə bağlı proqramın qəbulundan sonra xarici kredtorların xeyrinə 2,4 mlrd. dollar dəyərində orta və uzunmüddətli dövlət istiqrazları buraxılacaq.

"Dövlətin ABB-nin borclarını üzərinə götürməsi Azərbaycanın kredit reytinqinə mənfi təsir etməyəcək". "Olaylar" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib. Nazir qeyd edib ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin könüllü restrukturizasiyası ilə bağlı proqramın qəbulundan sonra xarici kredtorların xeyrinə 2,4 mlrd. dollar dəyərində orta və uzunmüddətli dövlət istiqrazları buraxılacaq. Bu, xarici borcu artırsa da, Azərbaycanın beynəlxalq kredit reytinqinə mənfi təsir göstərməyəcək. Nazir qeyd edib ki, Fonda ayrılan vəsait nəticəsində Əmanətlərin Sığortalanması Fondunun eyni məqsədə cəlb etdiyi kreditlərin bağlanması təmin ediləcək. Dəyişiklik əsasən bank sektorunun sağlamlaşdırılması, əmanətçilərin hüquqlarının qorunması istiqamətində işlərlə bağlıdır. Xərclərin strukturunda dəyişiklik birbaşa və dolayısı ilə əhalinin maddi rifahına xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31