Muğam Mərkəzində Adil Bağırovun 80 illik yubileyi

Muğam Mərkəzində  Xalq artisti, ”Şöhrət” ordenli, Prezident təqaüdçüsü, “Xatirə” xalq çalğı alətləri ansamblının bədii rəhbəri Adil Bağırovun 80 illik yubileyinə və 60 illik sənət fəaliyyətinə həsr olunmuş konsert keçirilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət kanalı, Azərbaycan radiosu və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə təşkil olunub.

Muğam Mərkəzində  Xalq artisti, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü, "Xatirə" xalq çalğı alətləri ansamblının bədii rəhbəri Adil Bağırovun 80 illik yubileyinə və 60 illik sənət fəaliyyətinə həsr olunmuş konsert keçirilib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət kanalı, Azərbaycan radiosu və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə təşkil olunub.

Əməkdar artist, aktyor, bədii qiraətçi  Azad Şükürov tarzənin Azərbaycanın musiqi mədəniyyətində , tar ifaçılığı sənətində, "Xatirə" ansamblındakı fəaliyyətindən danışdı.

Tarzən Əhsən Dadaşovun yaratdığı "Xatirə" xalq çalğı ansamlına 1976-cı ildən indiyədək Xalq artisti Adil Bagırov rəhbərlik edir. Videoçarx  vasitəsilə tarzənin müxtəlif sənətkarları müşaiyət etməsi diqqətə çatdırıldı.

Gecədə Mədəniyyət kanalının direktoru Ramil Qasımov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Milli Konservatoriyanın rektoru Xalq artisti  Səyavuş Kərimi  Adil Bağırov haqqında öz xatirələrini  bölüşüblər.

Tədbirin bədii hissəsində "Xatirə" xalq çalğı alətləri ansamblının müşaiyəti ilə  Əməkdar artistlər Təyyar Bayramov,Almaz Orucova,Zakir Əliyev,xanəndələr  Sərxan Bünyadzadə, Abgül Mirzəliyev, Aytən Məhərrəmova, Elnur Zeynalov  və Kamilə Nəbiyeva çıxış etdilər.

Gecədə Firəngiz Babayeva, Emin Sabitoğlu, Qəmbər Hüseynli, Ramiz Mirişli, Arif Babayev,Oktay Rəcəbov, Əlibaba Məmmədov, Cahangir Cahangirov və digər bəstəkarların  musiqiləri səslənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31