Xədicə İsmayıl Mehman Qələndərlinin ölümündə günahlandırılır
Müxalifət arealında “hüquq müdafiəçiləri” kimi tanınan şəxslər arasında yeni və barışmaz qarşıdurma yaranır. Maraqlıdır ki, bu kimi qarşıdurmalarda yenə də Xədicə İsmayılın adı hallanır ki, bu amil onun sözügedən sahədə bütün rıçaqları əlində saxlamaq iddiasını sübuta yetirmiş olur. Belə ki, məsələ ilə bağlı bir müddət öncə vəkillər Elçin Sadıqov, Yalçın İmanov, də müxalifətçi jurnalist Əvəz Zeynallı, eləcə də tez-tez siyasi məhbus və qrant savaşlarında adı hallanan “Kür” vətəndaş cəmiyyətinin sədri Oqtay Gülalıyev cəzaçəkmə müəssisəsində uzun sürən xəstəlikdən sonra vəfat etmiş Mehman Qələndərlinin ölümündə müxalifət cameəsində özünü “araşdırmaçı jurnalist”, eləcə də “hüquq müdafiəçisi” kimi təqdim edən Xədicə İsmayılı günahkar bilirlər.
30 İyun 2017 13:33 Siyasət"Hüquq müdafiəçiləri" ondan hesab verməyi tələb etdi
Müxalifət arealında "hüquq müdafiəçiləri" kimi tanınan şəxslər arasında yeni və barışmaz qarşıdurma yaranır. Maraqlıdır ki, bu kimi qarşıdurmalarda yenə də Xədicə İsmayılın adı hallanır ki, bu amil onun sözügedən sahədə bütün rıçaqları əlində saxlamaq iddiasını sübuta yetirmiş olur. Belə ki, məsələ ilə bağlı bir müddət öncə vəkillər Elçin Sadıqov, Yalçın İmanov, də müxalifətçi jurnalist Əvəz Zeynallı, eləcə də tez-tez siyasi məhbus və qrant savaşlarında adı hallanan "Kür" vətəndaş cəmiyyətinin sədri Oqtay Gülalıyev cəzaçəkmə müəssisəsində uzun sürən xəstəlikdən sonra vəfat etmiş Mehman Qələndərlinin ölümündə müxalifət cameəsində özünü "araşdırmaçı jurnalist", eləcə də "hüquq müdafiəçisi" kimi təqdim edən Xədicə İsmayılı günahkar bilirlər.
Xədicə İsmayıl Mehman Qələndərlinin hansı istəyini rədd edib?
Hətta bunun üçün tədbir də keçirən tərəflər iddia ediblər ki, guya M.Qələndərli həbsdə olarkən, "təzyiqlərə" məruz qalıb, buna görə də X.İsmayıldan adının "siyasi məhbus" siyahısına salınmasını istəyib. Ancaq onun istəyini rədd edən X.İsmayıl M.Qələndərlinin "siyasi məhbus" kriteriyalarına cavab vermədiyini deyib. Bütün bu proseslərdən sonra xəstəliyi səbəbindən vəfat edən M.Qələndərli olayından sonra indi X.İsmayıl onun ölümündə ittiham olunur, hətta yuxarıda adları çəkilən şəxslər yaxın günlərdə X.İsmayılla haqq-hesab çəkəcəklərini də bildirirlər.
Xədicə İsmayılın canına qorxu düşüb
Araşdırmalarımız nəticəsində əldə etdiyimiz digər məlumata görə, X.İsmayıl M.Qələndərlinin adının "siyasi məhbus" siyahısına salınmamasının ardınca, onun ölüm xəbərini duyar-duymaz özünü ortaya atıb və həmin ölüm ətrafında özünə siyasi və maddi divident əldə etməyə çalışıb. Baş verənləri məhz bu cür izah edən vəkillər Elçin Sadıqov və Yalçın İmanov, jurnalist Əvəz Zeynallı, eləcə də "Kür" vətəndaş cəmiyyətinin sədri Oqtay Gülalıyev sözügedən məsələni belə qoymayacaqlarını, X.İsmayılı ifşa edəcəklərində qərarlı olduqlarını keçirdikləri tədbirlərində vurğulayıblar.
Daha bir diqqət çəkən məqam isə X.İsmayıl M.Qələndərlinin ölümündə günahlandırılmasının ardınca fikirlərini yalnız sosial şəbəkədə yazır, ona qarşı ittihamlar irəli sürən şəxslərlə birbaşa görüşməkdən yayınır. Görünür, X.İsmayıl bu məsələdə müəyyən günahlarının olduğunu dərk edir və ictimai rəy arasına çıxmağa qorxur.
Sia.az