Gündəm
Həmidə Ömərova: "Həyat yoldaşımla dostam, amma qadın kimi xoşbəxt deyiləm"
Biz sovet dövründə böyümüşük, ona görə də ulduz xəstəliyimiz yoxdur. İndi də sadə insanlar var, amma azdır. İnsana gərək ətrafındakılar dəyər versin. Bəziləri özlərini olduqlarından yüksək göstərməyə çalışırlar və buna nail olurlar. Həmin insanları mən oxuyuram.
Məşhur idman telekanalı bağlanır?
"Doğuş Holding"in rəhbəri Ferit Şahenk NTV Spor-un bağlanacağı barədə yayılan xəbərlərə aydınlıq gətirib. Şahenk telekanalın bağlanacağı ilə bağlı iddialara "NTV Spor-un bağlanmağı haqda xəbərlər oxuyuram.
Deputatdan etiraz: “Niyə biz 6 ay itirdik?”
Milli Məclisin iyunun 30-da keçirilən növbədənkənar iclasında “ 2017- ci ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi keçirilib. “Olaylar” xəbər verir ki, müzakirələrdə çıxış edəndeputat Tahir Kərimli isə bildirib ki, Milli Məclisə bəzi qurumlar mexaniki aqreqat kimi baxırlar: “Büdcə müzakirə olunarkən fikirlərimizi bildirmişdik.
Deputatların etik davranış qaydaları təsdiqləndi
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə edilib. “Olaylar” xəbər verir ki, parlamentdə hazırlanan yeni qanun layihəsi 13 maddədən ibarətdir.
Siyavuş Novruzov: “Surət Hüseynov dar ağacı qurmuşdu, Heydər Əliyev müxalifəti xilas etdi”
“Yeni Azərbaycan Partiyası hər bir kəsin xidmətini yüksək qiymətləndirir, xidməti olan hər kəsin adının əbədiləşdirilməsinin tərəfdarıdır”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin iclasında YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
İşsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılacaq
Milli Məclisin iyunun 30-da keçirilən növbədənkənar iclasında yeni hazırlanan "İşsizlikdən sığorta haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.“Olaylar” xəbər verir ki, qanunun məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.
Ordunun 100 illiyi ilə bağlı yubiley medalı təsis edildi
Milli Məclisin növbədənkənar sessiyasında Azərbaycan ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar “1918-2018 Azərbaycan Respublikasının yubiley medalı”nın təsis edilməsi ilə əlaqədar “Orden və medallarının təsis edilməsi haqqında” qanuna edilən əlavəyə baxılıb.“Olaylar”ın məlumatına görə, qanunun 2-ci maddəsinə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı” adlı hissə əlavə olunur. Qanuna təklif edilən əlavə sənədinə görə, yubiley medalına Silahlı Qüvvələrdə xidmətdə olan, eləcə də sonradan ehtiyata buraxılan hərbi qulluqçular müvafiq icra qurumunun təqdimatı ilə layiq görülə biləcəklər.Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Deputat jurnalistlərə çağırış etdi
“Bəzi saytlarda ordumuzun gözdən salınması ilə bağlı məlumatlar yayılır. Bu meyllər çox ziyanlıdır”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar iclasında deputat Musa Qasımlı deyib. Deputat hesab edir ki, bu gün təkcə ordumuzun deyil, dövlətimizin güc strukturlarının gözdən salınmasına görə məlumatlar yayılır: “Bunu edənlərə qarşı qanunda tutulmuş qaydada mübarizə aparmaq lazımdır. Mən jurnalistlərdən xahiş edirəm ki, bu kimi hallarla mübarizənin önündə getsinlər. Çünki ordumuzun millətimizin bağrından çıxıb. Ordumuz vətənimizin müdafiəçisidir”.
Azərbaycanlı aktrisa oğlunu qoyub Türkiyəyə köçməsinin səbəblərindən danışdı
Azərbaycanlı aktrisa Könül Nagiyeva Türkiyənin məşhur “Haberler.com” saytına müsahibə verib. Aktrisa karyerası və gələcək planlarından danışıb. O, “Tərkedilmiş” adlı filmiylə hədəfə doğru yola çıxdığını deyib.
"Çelsi" müdafiəçisini satdı
"Çelsi"nin müdafiəçisi Natan Ake ötən mövsüm icarədə oynadığı "Bournemouth"a keçib. 22 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. Yanvarda "zadəganlar"ın baş məşqçisi Antonio Konte onu icarədən geri çağırmışdı. Amma Premyer Liqa oyunlarında Ake cəmi 2 dəfə meydana çıxmışdı.
"Traktor"un Türkiyə toplanışı ləğv olundu
Təbrizin "Traktorsazi" klubunun ongünlük Türkiyə toplanışı ləğv edilib. Cənubi Azərbaycan təmsilçisi təlim-məşq toplanışını paytaxt Tehranda reallaşdıracaq. Təbriz komandasının Türkiyə toplanışının ləğv edilməsinin səbəbləri barədə məlumat verilməsə də, dəyişikliyin İran hökümətinin siyasi amillərlə əlaqədar təzyiqindən irəli gəldiyi bildirilir. Qeyd edək ki, "Traktorsazi" hazırlıq məqsədi ilə iyulun 3-də Türkiyəyə səfər etməli idi. Təbriz təmsilçisinin orada "Beşiktaş" da daxil olmaqla, 3 yerli komanda ilə yoxlama matçı planlaşdırılmışdı.
Peşə məktəblərində məskunlaşan məcburi köçkünlər köçürüləcək
“Azərbaycanda bir çox peşə təhsili müəssisələrinin təkcə yataqxanaları deyil, əsas tədris korpusları belə məcburi köçkünlər tərəfindən tutulub. Artıq ölkə rəhbərliyi tərəfindən bu sahədə müvafiq tədbirlərin görülməsinə dair müvafiq tapşırıqlar verilib və yəqin ki, bu yaxınlarda həmin məktəblərin boşaldılması ilə onların yenidənqurulması işlərinə başlanılacaq”. Bunu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzə Dövlət Agentliyinin direktoru Famil Mustafayev deyib.
Aleksandr Lapşinin məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda məhkəmə baxışına başlanıb.
“İnterpol” xətti ilə axtarışda olan Türkiyə vətəndaşı Azərbaycanda tutulub
Dövlət Miqrasiya Xidmətinin (DMX) qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər nəticəsində uzun müddət Azərbaycanda qanunsuz yaşayan Türkiyə vətəndaşı Hasan Tekbıçak saxlanılıb. DMX-nin mətbuat xidmətindən verilən məlumata görə, aparılmış araşdırmalar zamanı Hasan Tekbıçakın “İnterpol” tərəfindən axtarışda olduğu və cinayət məsuliyyətindən yayınmaq məqsədilə Azərbaycanda məskunlaşdığı məlum olub. Hasan Tekbıçak aidiyyəti üzrə daxili işlər orqanlarına təhvil verilib.
Özbəkistan vətəndaşları Azərbaycanda qanunsuz əmək fəaliyyətinə cəlb olunub
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş mübarizə tədbirləri zamanı 9 nəfər Özbəkistan Respublikası vətəndaşı saxlanılıb. DMX-nin mətbuat mərkəzindən verilən məlumata görə, Azərbaycan vətəndaşı Məzlum Səfərov tərəfindən 9 nəfər Özbəkistan vətəndaşının günəmuzd olaraq qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi məlum olub.













