Gündəm
Dövlət büdcəsinə dəyişiklik təsdiq edildi
İyunun 30-da Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilib. İclasda vitse-spiker, Məhkəmə Hüquq Şurasını üzvü Ziyafət Əsgərov məhkəmə sistemində aparılan islahatlar barədə məlumat verib. Bildirib ki, bu sahədə aparılan islahatlar məhkəmələrə ictimai etimadı xeyli yüksəldib. Artıq insanlar pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etməyə daha çox üstünlük verirlər.
“Bakcell”dən “YouTube” istifadəçiləri üçün yeni internet paketləri
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ən populyar video platformalarından biri olan “YouTube”dan istifadənin kütləviliyini nəzərə alaraq abunəçilər üçün eksklüziv “YouTube” internet paketini istifadəyə verib.
Jurnalist həmkarlar ittifaqlarının durumu müzakirə edilib
Jurnalistlərin Həmkarlar İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə "Cənubi Qafqazda jurnalist həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi" layihəsi həyata keçirilir. Dünən layihə çərçivəsində “Azərbaycanda jurnalist həmkarları ittifaqlarının durumu və gələcək inkişaf meylləri” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycanın media cameəsinin nümayəndələri ilə yanaşı beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin təmsilçiləri, xarici ekspertlər də iştirak edib.
IX sinif şagirdlərinin buraxılış imtahanlarında yazdıqları inşalara verilən qiymətlər açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında IX sinif şagirdləri tərəfindən yazılmış inşalara (esselərə) verilən qiymətləri elan edib.
İsa Həbibbəyli AMEA əməkdaşlarının mənzil bölgüsü ilə bağlı məsələyə münasibət bildirib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA əməkdaşlarının mənzil bölgüsü ilə bağlı mətbuatda yayılmış fikirlərə münasibət bildirib. AMEA-dan verilən məlumata görə, İ. Həbibbəyli Akademiyada mənzil bölgüsü ilə əlaqədar narahatlıq keçirən elm adamlarının vəziyyətini başa düşdüyünü bildirib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə həmsədrlər də qatılacaqlar
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın Avstriyada nəzərdə tutulan görüşündə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədr İqor Popov da iştirak edəcək.
AŞPA-da Ermənistanın terrorçuluğu dəstəkləməsi ilə bağlı məsələ qaldırılıb
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının son iş günündə həftənin əvvəlində başlanmış sərbəst müzakirələr davam etdirilib. Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxış edərək ciddi bir problemə toxunub: "Ermənistan və ona havadarlıq edən qüvvələr tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağdan kənardakı 7 rayonundan bir neçəsində hər ilin yayında Ermənistan ordusunun bilavasitə icraçılığı ilə yanğınlar törədilir.
"Donnarummanın xəyanətindən danışmaq gülüncdür"
"Nantes" klubunun yeni baş məşqçisi Klaudio Ranyeri "Milan"ın gənc qapıçısı Canluici Donnarumma ətrafında yaranmış situasiyanı şərh edib.
Vətəndaşların aldadılması halları artıb
Son vaxtlar insanların dövlət və özəl qurumlar tərəfindən aldadılması məsələsi aktuallaşıb. Ən xırda görülən işdən tutmuş bank əməliyyatları və mənzil alqı-satqısına qədər vətəndaşların aldaılmasının şahidi oluruq. Belə ki, tərəflər arasındakı münasibətlərin qanunvericiliklə tənzimlənməsinə baxmayaraq bir çox hallarda sadə vətəndaşların etibarından sui-istifadə hallarına yol verilir.
Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə sadiqliyi
Azərbaycanın müstəqillik əldə etdikdən sonra xarici siyasət sahəsində qarşısına qoyduğu əsas hədəflərdən biri də beynəlxalq təşkilatlarla əlaqələr qurmaq, ayrı-ayrı təşkilat və qurumlara üzv olmaq, beləliklə də sovetlərin miras qoyduğu Dağlıq Qarabağ problemi, onun ölkəmizə vurduğu ziyan, ərazilərimizin işğal faktını üzv olduğu təşkilatlar vasitəsilə dünya birliyinə, beynəlxalq ictimaiyyətə çatdırmaq idi.
Hələ -ov, yev-lərdən qurtula bilməmişik
Son günlər cəmiyyətdə əsas müzakirə edilən məsələlərdən biri də xarici dillərlə bağlıdır. Daha doğrusu rus dilinin xarici dil kimi tədrisi ideyası, təşəbbüsüdür. Bir çoxları rus dilinin orta məktəblərdə xarici dil kimi tədrisini təklif etdiyi halda, digərləri qətiyyətlə buna qarşı çıxır, rus dilini yaxına biraxmaq istəmirlər.
Ermənistanın cəzasız qalması yolverilməzdir
Hazırda bir sıra beynəlxalq təşkilatlar qarşılarına qoyduqları hədəflərə nail olmaq iatiqamətində müxtəlif problemlərlə üzləşiblər. Vəziyyət o həddə çatıb ki, beynəlxalq təşkilatlar qəbul etdikləri qərarların icrasını təmin etməkdə açizlik nümayiş etdirilər. Belə qurumların ayrı-ayrı dövlətlərə qarşı nümayiş etdirdikləri ikili standartlar isə onalrın tamamilə nüfuzdan düşməsinə səbəb olub. Yaranmış vəziyyət həmin təşkilatlarda islahatların aparlması zərurətini gündəmə gətirib. Avropa Şuası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasında da qurumun fəaliyyətinin təkmilləşdirilməsi məsələsi gündəmdə olub. Belə ki, qurumun sessiyasında Büro və daimi komitənin ənənəvi hesabatı dinlənilib. Hollandiyalı deputat Tini Koksun hesabat məruzəsi isə təbii ki, parlamentariləri razı sala bilməyib.
Şəki sakinindən 10 kq marixuana götürülüb
Şəki şəhər sakinindən 10,830 kq marixuana götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax rayonu ərazisində Şəki şəhər sakini Bəxtiyar Paşabəyovdan 10 kiloqram 830 qram marixuana götürülüb.
Oqtay Əsədov yeni hakimlərə tövsiyyə etdi: “Tərəziniz daim düz olsun”
Spiker Oqtay Əsədov Milli Məclisin növbədənkənar sessiyasında yenidən etimad göstərilmiş hakimlərə öz məsləhətlərini verməyi də unutmayıb. “Olaylar” xəbər verir ki, O. Əsədov hakimləri öz qərarlarında düzgün olmağa çağırıb: “Sizdə tərəziyə “femida” deyirlər. Ona görə də arzu edirəm ki, tərəziniz daim düz olsun. Ədalət ürəyinizdə olsun. Sizə işlərinizdə uğurlar arzulayıram”.
Deputat: “Yaltaqlıq edən məmurlar cəzalandırılsın”
"Bəzi adamlar söyləyir ki, Azərbaycanda yalnız bir kişi var, indi həmin adamlar özlərini kişi saymır?" “Olaylar” xəbər verir ki, Milli Məclisin növbədənkənar iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyevin söylədiyi bu fikirlər iclasda gülüşə səbəb olub.













