Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə sadiqliyi
Azərbaycanın müstəqillik əldə etdikdən sonra xarici siyasət sahəsində qarşısına qoyduğu əsas hədəflərdən biri də beynəlxalq təşkilatlarla əlaqələr qurmaq, ayrı-ayrı təşkilat və qurumlara üzv olmaq, beləliklə də sovetlərin miras qoyduğu Dağlıq Qarabağ problemi, onun ölkəmizə vurduğu ziyan, ərazilərimizin işğal faktını üzv olduğu təşkilatlar vasitəsilə dünya birliyinə, beynəlxalq ictimaiyyətə çatdırmaq idi.
30 İyun 2017 15:07 SiyasətVə beynəlxalq təşkilatların ikili yanaşması
Azərbaycanın müstəqillik əldə etdikdən sonra xarici siyasət sahəsində qarşısına qoyduğu əsas hədəflərdən biri də beynəlxalq təşkilatlarla əlaqələr qurmaq, ayrı-ayrı təşkilat və qurumlara üzv olmaq, beləliklə də sovetlərin miras qoyduğu Dağlıq Qarabağ problemi, onun ölkəmizə vurduğu ziyan, ərazilərimizin işğal faktını üzv olduğu təşkilatlar vasitəsilə dünya birliyinə, beynəlxalq ictimaiyyətə çatdırmaq idi. Etiraf etmək lazımdır ki, Azərbaycan bu sahədə ötən illər ərzində kifayət qədər uğurlu yol qət edib. Ancaq onu da təəssüf hissi ilə qeyd etməliyik ki, bir çox hallarda beynəlxalq təşkilat və qurumlara üzv olarkən üzərimizə götürdüyümüz öhdəliklər heç də bizim maraqlarımıza uyğun olmayıb. Daha doğrusu rəsmi Bakı beynəlxalq təşkilat və qurumların Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi və təsirli addımlar atacağına ümid bəsləyərək həmin təşkilatların öhdəliklərini qəbul edib. Lakin ölkəmizin bu təşkilatlara üzvlüyü müddətində müşahidə etdiyimiz mənzərə ondan ibarət olub ki, həmin öhdəliklərə birtərəfli qaydada riayət olunub. Yəni, yalnız Azərbaycan hər hansı bir təşkilat və ya quruma üzv olarkən üzərinə götürdüyü öhdəliyə sadiqlik nümayiş etdirib. Nə BMT, nə ATƏT, nə də Avropa Şurası və digər qurumlar öz öhdəliklərinə sadiq olmayıblar.
Müstəqil ekspert Rövşən Məmmədli deyir ki, Azərbaycan dövləti Avropa Şurasına üzv olarkən Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək barədə üzərinə öhdəlik götürüb: "Qəribə burasıdır ki, həmin dövrdə məmləkətin sanballı partiyaları sayılan Müsavat Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası da bu öhdəliyi üzərlərinə götürüblər. İndi nə hakimiyyət, nə də bu partiyalar Qarabağ münaqişəsini 25 ildir sülh yolu ilə həll edə bilmirlər. Səbəb bəllidir. Ermənistanın qeyri-konsktruktiv mövqeyi və sülh danışıqlarından yayınması. Amma məsələ ondadır ki, sözügedən partiyalar zamanında buraxdıqları tarixi səhvdən də geri çəkilməyiblər. Hələ də bu partiyalar həmin öhdəliklərinə sadiqdirlər. Fikir verirsinizmi bu partiyaların heç biri müharibə çağırışı etmirlər. Ümumiyyətlə, heç Qarabağdan danışmırlar. Sanki bu problem həmin partiyalar üçün yoxmuş". Ekspert deyib ki, Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələdə sülh danışıqlarına sadiq qaldığı halda, Nijdeh təfəkkürlü erməni rəhbərləri, xüsusilə Serj Sərkisyan Azərbaycanın sülh təşəbbüslərini ələ salan hərəkətlər edir. Rövşən Məmmədlinin sözlərinə görə, BMT-nin hüquq müstəvisi də Madrid, Lissabon, Roma və digər bir çox sənədlər içində öz məhvərindən çıxarılaraq ermənilərin diqtəsinə uyğunlaşdırılıb. Ekspert bildirib ki, "Aralıq statusu", "Laçın dəhlizi", "sülhməramlı qüvvələrin bölgəyə gətirilməsi ", "statusa beynəlxalq təminat" və s. kimi yanaşmalar belə deməyə əsas verir: "1 milyon qaçqın isə ümid edir ki, nəhayət o xarabaya çevrilmiş vətənlərini gedib görəcək, onu yenidən quracaq, bir stəkan suyun içib öz ulularının qəbirlərini ziyarət edəcək və öz yurdunda da torpağa tapşırılacaq. Ancaq bu xəyal gerçəkləşmir. Artıq işğal altda olan torpaqlardan deportasiya edilmiş azərbaycanlıların yarıdan çoxu dünyasını dəyişib və yurddan çox-çox kənarda, ulularından uzaqda torpağa tapşırılıblar. Bu həmin partiyaların xalq qarşısında böyük günahıdır. Siz faşist ideologiyası ilə zəhərlənmiş Ermənistana o qədər güvənirdinizmi, məsələni sülh yolu ilə həll etmək öhdəliyini üzərinizə götürür, erməni hiyləsinə düşürdünüz. Məgər Siz Sərkisyanları, Köçəryanları, Balayanları, Kaputikyanları, Serop faşistyanları tanımırdınız ki, gedib Avropa Şurasının qarşısında bu cür "inamlı" öhdəlik götürürdünüz?. İndi Müsavat Partiyası, AMİP və AXCP hələ də israrla Avropa Şurasının qarşısında bu öhdəliklərini çiyinlərində saxlayırlar. Minsk Qrupu üzrə həmsədr dövlətlərin turist nümayəndələri də ildə 3-4 dəfə regiona gələrək burada yaxşı yeyib-içib, sonra da ənənəvi açıqlamalarını verirlər. Ara yerdə qalan bir milyon məcburi köçkün, onların vətəndən kənarda dünyaya gələn övladları və onların ürəyini, qəlbini əzən, ancaq dilinə gətirb hayqıra bilmədiyi vətən həsrətidir. Bu həsrət ürəklərdə yara bağlayıb. Ahı da kiməsə çatmır. Tək bir milyon yox, 10 milyonluq Azərbaycan xalqının cənnət Qarabağ həsrəti, Şuşa qüruru bu həsrətdən əzilir". Ekspert onu da qeyd edib ki, Avropa Şurasının qərarları "tövsiyə" xarakteri daşısa da, lakin sözügedən qurum Ermənistanın Azərbaycan kimi üzərinə götürdüyü, problemi sülh yolu ilə həll edəcəyi öhdəliyinə əməl etmədiyini görməməzlikdən gəlir: "Əgər görürsə, o halda bəs 25 ildir niyə Azərbaycanı məsələni sülh yolu ilə həll et tövsiyəsi ilə sıxışdırır. Bu nə oyundur. Bu oyun hamı üçün xeyirli ola bilər, ancaq yeganə olaraq Azərbaycan xalqına zərərlidir. Bəs bu öhdəlikləri götürənlər niyə meydana çıxıb Ermənistandan tələb etmirlər ki, məsələni sülh yolu ilə həll edəcəyinə söz vermişdin. Niyə etmədin. Harada qaldı sənin sülhün. Bu bir milyon qaçqını, Azərbaycanın həyati əhəmiyyətli torpaqlarının erməni vandallarının tapdağında qaldığını, xarabalığa çevrilən torpaqları, böyük bir mədəniyyəti yer üzündən silən erməni faşizmini görmürsünüz?
Füzuli