"Donnarummanın xəyanətindən danışmaq gülüncdür"

"Nantes" klubunun yeni baş məşqçisi Klaudio Ranyeri "Milan"ın gənc qapıçısı Canluici Donnarumma ətrafında yaranmış situasiyanı şərh edib.

"Nantes" klubunun yeni baş məşqçisi Klaudio Ranyeri "Milan"ın gənc qapıçısı Canluici Donnarumma ətrafında yaranmış situasiyanı şərh edib.

İtalyan mütəxəsis bunları deyib:

"Bu məsələ pula görə deyil. Xəyanətdən danışmaq gülüncdür. Futbolçu qarşıya qoyulan layihəni bəyənirsə, müqavilə imzalayacaq. "Milan"ın təklifi puldan daha böyükdür. Söhbət ambisiyalardan, peşəkar yoldam gedir. Donnarumma "Real"a keçsə, 2-3 Çempionlar Liqası kubokunun qazanacaq? Şübhələrin olması normaldır. Amma qalsa, "Milan"a qarşı sevgisini sübut etmiş olacaq". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31