AŞPA-da Ermənistanın terrorçuluğu dəstəkləməsi ilə bağlı məsələ qaldırılıb
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının son iş günündə həftənin əvvəlində başlanmış sərbəst müzakirələr davam etdirilib. Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxış edərək ciddi bir problemə toxunub: "Ermənistan və ona havadarlıq edən qüvvələr tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağdan kənardakı 7 rayonundan bir neçəsində hər ilin yayında Ermənistan ordusunun bilavasitə icraçılığı ilə yanğınlar törədilir.
30 İyun 2017 15:13 SiyasətRafael Hüseynov: "Ermənilər işğal etdikləri ərazilərdə əkdikləri narkotikləri yığdıqdan sonra əraziləri yandırırlar"
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının son iş günündə həftənin əvvəlində başlanmış sərbəst müzakirələr davam etdirilib. Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxış edərək ciddi bir problemə toxunub: "Ermənistan və ona havadarlıq edən qüvvələr tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağdan kənardakı 7 rayonundan bir neçəsində hər ilin yayında Ermənistan ordusunun bilavasitə icraçılığı ilə yanğınlar törədilir. Zahirən təəccüblü də görünə bilər ki, niyə insan yaşamayan boş, düzənlik ərazilərdə sistemli şəkildə, həm də hər il mütləq yay vaxtı Ermənistan ordusu bu işi görür? Məsələn elə 2-3 həftə öncə işğal altındakı Ağdam rayonunda Ermənistan ordusunun törətdiyi belə yanğınlar barədə rəsmi məlumatlar yayılıb. Ermənistanın ordusunun, deməli Ermənistan dövlətinin qarşı tərəfə sanki bilavasitə ziyan verməyən, hansısa itkilərə səbəb olmayan, hərbi uğur kimi qiymətləndirilə bilməyəcək belə addımı mütəmadi şəkildə hər ilin yayında atmasının məchul səbəbi bəs nədən ibarətdir? Səbəb sadədir və onun ağır nəticələrinin yalnız hərbi münaqişə vəziyyətində olan 2 üzv dövlətə, yalnız Cənubi Qafqaza deyil, dünyaya təhlükələri var". Deputat əlavə edib ki, bir zamanlar azərbaycanlıların taxıl və digər kənd təsərrüfatı məhsulları yetişdirdikləri torpaqlarda indi ermənilər narkotiklər əkib-becərirlər. Hər ilin yayında növbəti məhsul toplandıqdan sonra izi itirmək məqsədi ilə o narkotik plantasiyaları yandırılır. Narkotilərdən əldə edilən çirkli pullarsa Ermənistan dövləti tərəfindən terrorizmin dəstəklənməsinə və silahlanmaya yönəldilir. R.Hüseynov dünya birliyinin, o cümlədən Avropa Şurasının bu dəhşətli problemlərlə əlaqədar təxirəsalınmaz tədbirlər görməsinin vacib olduğunu vurğulayıb.