Gündəm

Azərbaycan diaspor rəhbəri Misir dövlət televiziyasında çıxış edib

30 İyun 2017 16:31

"Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin “əl-Fədaiyyə əl-Misriyyə” dövlət televizya kanalının “Diplomatik səhifələr” proqramında çıxış edib. “OLAYLAR” -a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx nümayiş olunub. Daha sonra Azərbaycan haqqında yerli tamaşaçılara geniş məlumat verən verən S.Nəsirov ölkələrimizin tarixi, mədəni və turizm əlaqələrindən söhbət açıb.

Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

30 İyun 2017 16:31

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 7 dini icmaya şəhadətnamələr təqdim edilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılır

30 İyun 2017 16:29

İyulun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılır.”OLAYLAR” -ın Təhsil Nazirliyinə istionadən verdiyi xəbərə görə, bu proses iyulun 14-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçə bilərlər.

ASGA sədri Ukraynanın ali medalı ilə təltif edildi

30 İyun 2017 16:27

Ukraynada fəaliyyət göstərən azərbaycanlıların və digər türkdilli xalqların ictimai təşkilatlarının liderləri və vəzifəli şəxsləri, o cümlədən Azərbaycanın 2 ictimai xadimi 28 iyun Ukraynanın Konstitusiya günü münasibəti ilə, Ukrayna ərazi bütövlüyünün və milli suverenliyinin qorunmasında, Ukrayna Ordusunun müdafiə qabiliyyətinin gücləndirilməsində, Ukraynada separatizmə qarşı mübarizədə, dövlət və xalq qarşısında xidmətlərinə görə “Kraina” ÜUB tərəfindən Ümümukrayna statuslu “Ukraynanın müstəqilliyinin 25 illiyi” xüsusi medalı ilə təltif ediliblər.

Nazirlik: Tibb müəssisələrinin kompyuter və texniki təchizatı qaneedici səviyyədə deyil

30 İyun 2017 16:24

"Profilaktik peyvəndlərin vaxtı barədə SMS xidməti vətəndaşlar tərəfindən o qədər də aktiv istifadə olunmur". Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə bildirib ki, mövcud olan xidmətə tələbat azdır: "Tələbatın az olması bəlkə də əhalinin məlumatsızlığından ola bilər. 

Bakıda yaşayış binasında yanğın olub

30 İyun 2017 16:20

Bakıda14 mərtəbəli yaşayış binasında yanğın baş verib.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən “Olaylar”a verillən məlumata görə, şəhərin Nizami rayonunda 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 82 m2 olan 4 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları və əşyaları 10 m2 sahədə, 2 otağın plastik pəncərə və qapıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas, 12 nəfər isə təhlükəsiz əraziyə təxliyyə olunub. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Avtomobildən 33 ədəd mobil telefon aşkar edilib

30 İyun 2017 16:18

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “VAZ 21043 ” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Milli Sevgililər Günündən xəbəriniz var? - SORĞU

30 İyun 2017 16:16

30 iyun Azərbaycanda Milli Sevgililər Günü kimi qeyd olunur. Bu günün tarixi 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Onların toy günü - 30 iyun 2003-cü ildən bəri Azərbaycanda Milli Sevgililər günü kimi qeyd olunur.

"Heç bir növbədənkənar seçki olmayacaq" - Poroşenko

30 İyun 2017 16:09

Ukraynada heç bir növbədənkənar seçki olmayacaq. Bunu ölkə prezidenti Petro Poroşenko bəyan edib. Nazir bildirib ki, seçki mövsümü qanunvericiliyə uyğun olaraq, 2019-cu ildə başlayacaq. Cari çağırış Ukrayna Ali Radası 2014-cü il oktyabrın 26-da keçirilən növbədənkənar seçkilər nəticəsində formalaşıb. Parlamentin səlahiyyət müddəti 2019-cu ildə başa çatır. Növbəti prezident seçkiləri də 2019-cu ildə keçirilməlidir.

Bakıda oğurluq edən şəxs tutulub

30 İyun 2017 16:07

Oğurluqda şübhəli bilinən Xudat rayon sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyunun 12-də Xəzər rayonu ərazisindəki bağ evlərindən birindən 4 ədəd qapı çərçivəsi və su mühərriki oğurlamaqda şübhəli bilinən Xudat rayon sakini Rüstəm Nurməmmədzadə Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Naftalanda aşkarlanan 65 kq ət zərərsizləşdirilib

30 İyun 2017 16:06

İyunun 21-də Daxili İşlər Nazirliyinin Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Naftalan şəhəri, Qasımbəyli kənd sakini Əmirxanov Mürşüd Mayıl oğlunun idarə etdiyi “VAZ-2107” markalı 45-BF-928 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinin müraciətinə əsasən Goranboy Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən avtomobilin yük yerində antisanitar şəraitdə yığılmış, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, ümumi çəkisi 65 kq olan heyvan cəmdəyinin və daxili orqanlarının qida üçün yararlılığını və mənşəyini müəyyənləşdirmək məqsədilə nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Əliməmməd Nuriyev: “AHT-nin qərarı Azərbaycanvətəndaş cəmiyyəti və hökumətinin uğurudur”

30 İyun 2017 16:03

28 iyun 2017-ci il tarixdə Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının Rəhbər Komitəsinin Vaşinqtonda keçirilən toplantısında Azərbaycanın üzvlüyü məsələsi müzakirə olunub.  Rəhbər Komitə  Azərbaycanın əvvəlki statusda qalmasına qərar verib. Qərarda qeyd olunur ki, Rəhbər Komitə son vaxtlar Azərbaycan  hökumətinin QHT-lərlə bağlı problemlərin həlli istiqamətində atdığı müsbət addımları pozitiv qiymətləndirir və dəyərləndirir. Bu addımlar 2016-2018-cı illər üçün Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı konsultasiya mexanizminin, çoxtərəfli Açıq Hökumət Platformasının yaradılması,  qrant müqavilələrinin qeydiyyatı üçün “bir pəncərə” sisteminin tətbiqini ehtiva edir. Rəhbər Komitə  Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının Standartlar və Kriteriylar üzrə Altkomitəsinə 15 sentyabr 2017-ci il tarixə kimi Azərbaycan hökuməti və bütün maraqlı tərəflərin, eləcə də xarici ekspertlərin iştirakı ilə yeni tövsiyyələr hazırlanmasını həvalə edib. Azərbaycan hökumətinə də 1 il müddətində bu tövsiyyələrin icrası üçün zaman verilməsi qərara alınıb.

“Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişiklik qəbul edilib

30 İyun 2017 15:52

Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun 12-ci (Uzunmüddətli mühafizə orderinin verilməsi qaydası) maddəsinin 4-cü bəndinə dəyişiklik layihəsi müzakirə olunub. Layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib

Qərb Universiteti Türkiyənin İstinye Universiteti ilə əməkdaşlıq edəcək

30 İyun 2017 15:52

Qərb Universiteti Türkiyənin İstinye Universiteti ilə əməkdaşlıq edəcək. Universitetdən “Olaylar” – a bildirilib ki, Türkiyənin İstinye Universitetinin rektor köməkçisi Göksel Aşan, Beynəlxalq Proqramlar direktoru İsmail Çiftçi və İnsan Resursları Departamentinin direktoru Eda Usta dünən Qərb Universitetində olublar. Tərəflər arasında əməkdaşlığın perspektivləri nəzərdən keçirilib və birgə mübadilə proqramlarının həyata keçirilməsi barədə ilkin razılıq əldə olunub.

Əcnəbilərin Azərbaycanı tərk etməsi ilə bağlı yeni şərtlər müəyyənləşdirilir

30 İyun 2017 15:50

Azərbaycana daxil olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkəni tərk etməsi ilə bağlı yeni şərtlər müəyyənləşdirilir. Bununla bağlı Miqrasiya Məcəlləsinin 38-ci (Elektron vizalar) maddəsinə təklif olunan yeni, 11-ci bənd Milli Məclisdə müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu, turistlərin gəliş-gedişinin asanlaşdırılmasında mühüm addımdır. Yeni bəndə əsasən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər (Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya müvəqqəti yaşama icazəsi almış şəxslər istisna olmaqla) ölkəyə daxil olarkən təqdim etdikləri elektron viza əsasında Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. Maddəyə edilən digər dəyişiklik isə elektron formada sürətləndirilmiş qaydada müraciət etdikdə belə müraciətlərə 3 saat ərzində baxılmasını təmin etməyin rəsmiləşdirilməsi ilə bağlıdır. Layihə səsə qoyularaq qəbul olunub.