Gündəm

Moskvada Telman İsmayılovun iki mənzilinə həbs qoyuldu

30 İyun 2017 17:30

Moskva vilayətinin Arbitraj Məhkəməsi azərbaycanlı biznesmen “AST” qrupunun təsisçisi Telman İsmayılovun Moskva ətrafında 3 torpaq sahəsi ilə bağlı sazişə həbs qoymaqdan imtina edib.

Rusiya DİN miqrantları Uzaq Şərqə göndərmək niyyətindədir

30 İyun 2017 17:25

Rusiya Daxili İşlər Nazirliyi 2018-2020-ci illər üzrə miqrasiya siyasətinin yeni konsepsiyasını hazırlayıb. Sənədə əsasən, miqrantların Baykal və Uzaq Şərq regionlarında yaşamasını stimullaşdırmaq təklif olunur. DİN-dən bildiriblər ki, konsepsiya milli və ictimai təhlükəsizliyi, əhalinin rahatlığı və rifahını təmin etmək, eləcə də ölkənin demoqrafik və sosial-iqtisadi inkişafına töhfə vermək üçün nəzərdə tutulub.

Azərbaycanda Ümumi Hesabatlılıq Standartının tətbiqinə başlanılır

30 İyun 2017 17:10

Ümumi Hesabatlılıq Standartı (Common Reporting Standard - CRS) vergitutma məqsədləri üçün müxtəlif dövlətlər tərəfindən xarici şəxslərin oradakı maliyyə institutlarında olan hesabları haqqında məlumatların toplanması və həmin şəxslərin rezident olduqları dövlətlərlə avtomatik mübadiləsinin vahid prinsiplərini tənzimləyir. Bu standart 2014-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən hazırlanıb.

Sərhədçilər 2 balıqçını xilas ediblər

30 İyun 2017 17:07

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xəzər dənizinin Azərbaycana mənsub bölməsində bioloji re­surs­ların, enerji ehtiyatlarının, sualtı neft-qaz ixrac boru kəmər­lərinin qorunması, beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya, qaçaqmal­çılığa qarşı mübarizə üzrə vəzifələrini layiqincə yerinə yetirməklə yanaşı, dənizə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirirlər.

Sumqayıtda ikimərtəbəli bina yanıb-8 nəfər təxliyyə edilib

30 İyun 2017 17:04

Sumqayıt şəhərində ümumi sahəsi 720 m2 olan ikimərtəbəli taxta konstruksiyadan ibarət yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin bir otağının, dəhlizinin yanar konstruksiyaları 30 m2 sahədə və ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb, 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Türkiyədə iri terror aktının qarşısı alındı - Saxlanılanlar var

30 İyun 2017 16:56

Türkiyənin cənubunda Qaziantep vilayətində iri terror aktının qarşısı alınıb. Polisin keçirdiyi xüsusi əməliyyat çərçivəsində PKK terror təşkilatının 8 üzvü saxlanılıb. Onlardan ikisinin Suriya vətəndaşı olduğu bildirilib. Hadisə yerində həmçinin 146 kiloqram partlayıcı aşkar edilib. 

Ağstafada rəfiqələr arasında DAVA: bir nəfər xəstəxanaya yerləşdirildi

30 İyun 2017 16:55

Ağstafada qadınlar arasında dava olub. Hadisə bu gün Ağstafa şəhərində baş verib. Rayon sakini, 1979-cu il təvəllüdlü Məmmədova Kəmalə Nadir qızı iki rəfiqəsi tərəfindən döyülüb.  O, xəstəxanaya yerləşdirilib. Həkimlər K.Məmmədovanın vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Rəfiqələr arasında baş verən davanın səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. 

Fikir və söz azadlığı, plüralizm Azərbaycan dövlətinin əsas diqqət yetirdiyi məsəslələrdir

30 İyun 2017 16:50

Azərbaycan zəngin tarixə, adət-ənənələrə, mədəniyyətə malik olan nadir ölkələrdən biridir.  Bu zənginliyə, adət-ənənələrə rəng qatan, ona rəngarənglik verən isə uzun illərdən bəri Azərbaycan ərazisində yaşayan müxtəlif xalqların və millətlərin nümayəndələridir.  Bu gün Azərbaycanda onlarla xalqın nümayəndəsi azad və sərbəst, şəkildə, heç bir təzyiq və təqiblə üzləşmədən yaşayır, ölkə qanunlarının hər  bir Azərbaycan vətəndaşına verdiyi imkanlardan yararlanır, istifadə edirlər.  Bu tendensiya Azərbaycanda hər bir sahədə olduğu kimi qeyri Azərbaycan millətindən olan xalqlara və millətlərə nə qədər dözümlü yanaşıldığını, onlara böyük hörmət və ehtiram göstərildiyini açıq şəkildə ortaya qoyur. Bu gün Azərbaycanda mövcud olan bu ənənə, şərait həmçinin bir plüralizm nümunəsidir və siyasi, dini, mədəni sahədə olduğu kimi məhz bu sahədə də ölkəmizdə plüralizmin mövcud olduğunun əyani təsəvvürüdür.

Sabirabadda “Mütaliəyə marağın artırılmasında kitabxanaların rolu” mövzusunda konfrans təşkil olunub

30 İyun 2017 16:51

İyunun 30 – da  Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən Sabirabad şəhərinin Mədəniyyət Mərkəzində Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları üçün “Mütaliəyə marağın artırılmasında kitabxanaların rolu” mövzusunda konfrans təşkil olunub. Mərkəzdən “Olaylar” – a bildirilib ki, konfransın əsas qayəsi müxtəlif tərkibə, marağa və mütaliə xüsusiyyətinə malik oxucularla kitaba marağın daha da artırılması işində sistemlilik prinsipinin təşkili, hər bir oxucu marağının hərtərəfli öyrənilməsi, yeni müasir oxucuların mədəniyyət müəssisəsi olan kitabxanlara cəlb edilməsi, onların yaş, peşə, təhsilindən asılı olmayaraq həyata baxışları, maraqları və meyllərinin yönəldilməsidir.

YAP böyük güc mərkəzi kimi ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur

30 İyun 2017 16:48

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının IX konfransı keçirilib. Rayon Mədəniyyət Evində Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı İqbal Məmmədov, YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov və digər qonaqlar iştirak ediblər.

Rusiya türk çiyələklərini geri qaytardı

30 İyun 2017 16:46

Rusiya Türkiyədən dəniz yolu ilə gətirilən 20.5 ton çiyələyi geri qaytarıb. Xarici KİV xəbər verir ki, baytar nəzarəti nəticəsində çiyələkdə Rusiyada təhlükəli hesab edilən çiçək xəstəliyi aşkarlanıb.

Milyarderin bağışladığı oyuncaq elə bu boyda olar

30 İyun 2017 16:45

Müğənni Rihannaya Səudiyyə Ərəbistanından olan milyarder sevgilisi Həsən Cəmil oyuncaq ayı hədiyyə edib. Adam boyda ölçüsü olan ayını müğənniyə çatdırmaq üçün milyarder öz şəxsi jeti ilə bütün dünyanı dolanıb. Rihanna ilə milyarder gənc arasında eşq macərası hələ bir il əvvəl başlayıb. Onların harada tanış olduğu məlum deyil.

Dənizdə 2 nəfər batıb

30 İyun 2017 16:38

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub. “Olaylar”ın  FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıblar. Əlavə məlumat veriləcək.

Qənirə Paşayeva AŞ PA-nı fəal olmağa çağırdı

30 İyun 2017 16:36

Millət vəkili Qənirə Paşayeva Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxış edib. Deputat Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də girovluqdan azad edilməməsi məsələsinə xüsusi diqqət yetirib, AŞPA-nı onların azad olunması istiqamətində səylərini artırmağa çağırıb: “Ermənistan dövləti azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi girovluqda saxlamaqda davam edir. Onlara zülm edilir, əziyyət verilir və sağlıq vəziyyətləri çox ağırdır.  Bu insanların heç bir günahı yoxdur.

“BakuBus” nümunəvi sürücülərini mükafatlandırdı

30 İyun 2017 16:32

“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ictimai nəqliyyat vasitəsinin idarə edilməsi zamanı yüksək peşəkarlıq və nümunəvi fəaliyyət göstərən sürücülərini növbəti dəfə mükafatlandırıb. Belə ki, “BakuBus” yaradıldığı vaxtdan indiyə qədər qayda pozuntusuna yol verməmiş, həmçinin sərnişin məmnuniyyəti qazanmış sürücülər “Təşəkkürnamə” ilə təltif olunublar.