Sabirabadda “Mütaliəyə marağın artırılmasında kitabxanaların rolu” mövzusunda konfrans təşkil olunub

İyunun 30 – da  Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən Sabirabad şəhərinin Mədəniyyət Mərkəzində Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları üçün “Mütaliəyə marağın artırılmasında kitabxanaların rolu” mövzusunda konfrans təşkil olunub. Mərkəzdən “Olaylar” – a bildirilib ki, konfransın əsas qayəsi müxtəlif tərkibə, marağa və mütaliə xüsusiyyətinə malik oxucularla kitaba marağın daha da artırılması işində sistemlilik prinsipinin təşkili, hər bir oxucu marağının hərtərəfli öyrənilməsi, yeni müasir oxucuların mədəniyyət müəssisəsi olan kitabxanlara cəlb edilməsi, onların yaş, peşə, təhsilindən asılı olmayaraq həyata baxışları, maraqları və meyllərinin yönəldilməsidir.

İyunun 30 - da  Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən Sabirabad şəhərinin Mədəniyyət Mərkəzində Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları üçün "Mütaliəyə marağın artırılmasında kitabxanaların rolu" mövzusunda konfrans təşkil olunub.

Mərkəzdən "Olaylar" - a bildirilib ki, konfransın əsas qayəsi müxtəlif tərkibə, marağa və mütaliə xüsusiyyətinə malik oxucularla kitaba marağın daha da artırılması işində sistemlilik prinsipinin təşkili, hər bir oxucu marağının hərtərəfli öyrənilməsi, yeni müasir oxucuların mədəniyyət müəssisəsi olan kitabxanlara cəlb edilməsi, onların yaş, peşə, təhsilindən asılı olmayaraq həyata baxışları, maraqları və meyllərinin yönəldilməsidir.

Birgə əməkdaşlıq müqavilələri əsasında keçirilmiş tədbirdə Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri, Bakı Humanitar Kollecinin müəllimi Sevda Orucova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, metodistləri: BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Şəhla Quliyeva və BDU-nun müəllimi İradə Əliyeva, əməkdaşları Sənan Talıbov, Nürəddin Babazadə, Məzahir Qarayev iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31