“BakuBus” nümunəvi sürücülərini mükafatlandırdı
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ictimai nəqliyyat vasitəsinin idarə edilməsi zamanı yüksək peşəkarlıq və nümunəvi fəaliyyət göstərən sürücülərini növbəti dəfə mükafatlandırıb. Belə ki, “BakuBus” yaradıldığı vaxtdan indiyə qədər qayda pozuntusuna yol verməmiş, həmçinin sərnişin məmnuniyyəti qazanmış sürücülər “Təşəkkürnamə” ilə təltif olunublar.
30 İyun 2017 16:32 Sosial"BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ictimai nəqliyyat vasitəsinin idarə edilməsi zamanı yüksək peşəkarlıq və nümunəvi fəaliyyət göstərən sürücülərini növbəti dəfə mükafatlandırıb. Belə ki, "BakuBus" yaradıldığı vaxtdan indiyə qədər qayda pozuntusuna yol verməmiş, həmçinin sərnişin məmnuniyyəti qazanmış sürücülər "Təşəkkürnamə" ilə təltif olunublar. "OLAYLAR" -a Cəmiyyətin mətbuat xidmətindən daxil olan məlumata görə, tədbirdə çıxış edənlər qaydaları pozmadan, nümunəvi xidmət göstərdiklərinə görə sürücülərə təşəkkür ediblər. Bildirilib ki, "BakuBus" yaradıldığı gündən keyfiyyətli sərnişindaşıma xidməti ilə seçilməyi qarşısına əsas məqsəd qoyub və sərnişindaşıma işində yüksək sürücülük bacarığını hər zaman ozünün prioritet istiqaməti hesab etmişdir. Qeyd olunub ki, mükafatlandırılan sürücülər bu günədək onlara göstərilən etimadı doğruldublar. Nümunəvi fəaliyyətləri ilə seçilən sürücülərin mükafatlandırılması, təltif olunması şübhəsiz ki, onlara əlavə stimul verəcək və gələcək işlərində daha məsuliyyətlə yanaşmalarına şərait yuaradacaq. Öz növbəsində mükafatlandırılan sürücülər onlara göstərilən etimad və diqqət üçün minnətdar olduqlarını qeyd ediblər. Bildiriblər ki, "BakuBus"da sürücülük peşəsinin yenidən dirçəlməsi yönündə həyata keçirilən əsaslı işlər onlara öz peşəkarlıqlarının artırılması üçün əvəzsiz imkanlar yaradıb. Sürücülər əldə etdikləri təcrübədən istifadə edərək bundan sonar da sərnişindaşıma fəaliyyətlərində nümunəvi xidmətləri ilə seçiləcəklrinə söz veriblər.