Sərhədçilər 2 balıqçını xilas ediblər

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xəzər dənizinin Azərbaycana mənsub bölməsində bioloji re­surs­ların, enerji ehtiyatlarının, sualtı neft-qaz ixrac boru kəmər­lərinin qorunması, beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya, qaçaqmal­çılığa qarşı mübarizə üzrə vəzifələrini layiqincə yerinə yetirməklə yanaşı, dənizə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirirlər.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xəzər dənizinin Azərbaycana mənsub bölməsində bioloji re­surs­ların, enerji ehtiyatlarının, sualtı neft-qaz ixrac boru kəmər­lərinin qorunması, beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya, qaçaqmal­çılığa qarşı mübarizə üzrə vəzifələrini layiqincə yerinə yetirməklə yanaşı, dənizə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirirlər. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Olaylar"a verilən məklumata görə, 29 iyun 2017-ci il tarixdə, saat 13:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin növbətçi gəmisi tərəfindən Hövsan reydində rəsmiləşdirilərək dənizə çıxmış, içərisində 2 nəfərin olduğu qayığın zədə nəticəsində batması barədə məlumat əldə edilmişdir. Görülmüş tədbirlər nəticəsində həyatları təhlükə altında olan balıqçılar Bakı şəhər Xəzər rayonu Türkan qəsəbə sakinləri 1977-ci il təvəllüdlü Quliyev Seyfulla Əmrulla oğlu və1974-ci il təvəllüdlü Quliyev Xeyrulla Əmrulla oğlu xilas olunmuşlar. Xilas edilmiş balıqçılara ilkin tibbi yardım göstərilmiş, onlara məxsus zədələnmiş qayıq sahilə çıxarılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31