Gündəm
"Qalatasaray" klubu daha bir futbolçu ilə müqavilə bağlayıb
Türkiyənin "Qalatasaray" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Braziliyanın "San Paulu" klubunun müdafiəçisi Maykon Pereyra Roke 7 milyon avroya transfer olunub. Onunla 4 illik müqavilə bağlanılıb. Anlaşmaya əsasən, Maykona hər il 2,2 milyon avro ödəniləcək. Daha 1 milyon avro isə bonus kimi nəzərdə tutulub.
Dövlət Komitəsi: Bu il 6 uşaq əcnəbilərə övladlığa verilib
2017-ci ilin altı ayı ərzində Azərbaycanda əcnəbilər tərəfindən 6 uşaq (4 qız, 2 oğlan) övladlığa götürülüb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov məlumat verib. O bildirib ki, uşaqlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyi əsasında övladlığa verilib.
DİN Bakıda qadının zorla qaçırılması ilə bağlı araşdırma aparıb
İyunun 29-da bir bəzi xəbər portallarında Nərimanov rayonu ərazisində qadının zorla avtomaşına əyləşdirilməsi ilə bağlı yayılmış videogörüntülər araşdırılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, araşdırmalar zamanı müəyyən edilib ki, həmin gün səhər saat 7.00 radələrində Bakı şəhər sakini Elnur Həsənov (ad şərtidir) idarə etdiyi “VAZ-21154” markalı avtomaşınla tanışı, Bakı şəhər sakini Mehparə Hüseynovanı (ad şərtidir) mənzilinə apararkən Z.Bünyadov prospektinin Nərimanov rayonu ərazisindən keçən hissəsində aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb, bu zaman qadın nəqliyyat vasitəsini saxlatdıraraq düşməyə cəhd göstərib. Lakin sürücü mübahisənin qarşısının alınması məqsədi ilə sərnişini zorla avtomaşına əyləşdirib yoluna davam edib.
İlham Əliyev Burundi Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Burundi Prezidenti Pyer Nkurunzizaya təbrik məktubu ünvanlayıb.
Moskvada 4400 nəfər işıqsız qalıb
Rusiyanın paytaxtı Moskvada təqribən 440 nəfər əlverişsiz hava şəraiti səbəbindən elektrik enerjisiz qalıb. İyunun 30-u saat 15:00-dan etibarən güclü külək və yağış Moskva şəhəri və Moskva vilayəti ərazisində elektrik paylayıcı şəbəkələrdə qəzalara səbəb olub. Hazırda xətlərdə təmir işləri gedir.
Qızlar ölümlərini canlı yayımda göstərdilər - DƏHŞƏTLİ QƏZA - VİDEO
Ukraynada İnstaqram səhifəsi ilə birbaşa yayımda öz abunəçilərini əyləndirən qızlar avtomobil qəzasına düşüblər. Hadisə Xarkov vilayətinin İzyum şəhərində baş verib.
Ucarda biabırçı olay: 58 yaşlı ailəli kişi azyaşlı oğlanları zorladı - Kənddən qovurlar
Ucar rayonunda biabırçı olay yaşanıb. Rayonun Bərgüşad kənd sakini, 58 yaşlı Allahqulu adlı şəxs azyaşlıları qarşı seksual hərəkətlər edib. O, 10-14 yaş arası oğlan uşaqları ilə qumar oynayaraq, uduzanlarla cinsi əlaqədə olub. Uşaqlar da “qumar qaydaları”na əsasən, bu barədə heç kəsə məlumat verməyib. Daha sonra hadisədən xəbər tutan onun qonşusu təsadüfi şəkildə hadisənin videogörüntüsünü əldə edib və onu sosial şəbəkədə paylaşıb.
"Bavariya" klubu tarixində ilk dəfə cənubi koreyalı futbolçu ilə müqavilə bağlayıb
Almaniyanın "Bavariya" klubu tarixində ilk dəfə cənubi koreyalı futbolçu ilə müqavilə bağlayıb. Bu, "İnçxon Yunayted"in yetirməsi olan Yon Bu Çondur.
İsrail Suriya ordusuna zərbələr endirdi
İsrail aviasiyası Colan təpələrinə Suriya ərazisindən atılan mərmiyə cavab olaraq Suriya qoşunlarına zərbələr endirib. Bu haqda İsrail ordusunun mətbuat xidmətindən bildirilib.
SİRR AÇILDI: sən demə, Acun 20 yaş kiçik sevgilisini ilk dəfə universitetdə...
Stilist Şeyma Subaşı tanınmış aparıcı Acun Ilıcalı ilə necə tanış olmasından danışıb. “TV8” kanalının sahibi Acun Ilıcalının sevgilisi Ş.Subaşı “Elle” jurnalına müsahibə verib. Stilist müsahibəsində Acunla “Varmısın Yokmusun?” müsabiqəsində tanış olmadıqlarını deyib. Ş.Subaşı bildirib ki, Acun onu ilk dəfə universitetdə görüb bəyənib: "Biz müsabiqədə tanış olmamışıq. Mən İstanbul Aydın Universitetində dəb dizaynı fakültəsi üzrə təhsil alırdım. Acun mükafat almaq üçün mənim təhsil aldığım universitetdə keçirilən tədbirə gəlmişdi. Modellik təcrübəm olduğu üçün əvvəlcə podiuma mən çıxdım. Onda Acun məni orada görüb müsabiqəyə çağırtdırmışdı. Mən “Varmısın Yokmusun?” müsabiqəsində iştirak etmək üçün onlara müraciət etməmişəm, onlar məni çağırıb”.
Qasırğa Moskvanı iflic hala saldı - İldırım iki nəfəri öldürdü - GÖRÜNTÜLƏR - YENİLƏNİB
Moskva regionunda yaxın zamanda dolu və sürəti saniyədə 15-20 metrə qədər çatacaq küləkli güclü fırtına gözlənilir. Sinoptiklərin proqnozlarına görə, belə hava Moskvada bu gun günün ikinci yarısından başlayacaq və iyulun 1-i gecəyə qədər davam edəcək.
Bu müsəlman ölkəsində Həccə getmək QADAĞAN OLUNUR
Özbəkistanda kommunal borcu olan şəxslərə Həcc ziyarətinə getmək qadağan olunacaq. Bu barədə Daşkəndin baş imamı Ənvər Tursunovaçıqlama verib. Tursunovun sözlərinə görə, hətta 1 sum (o,000253 dollar) borcu olan şəxs belə Həccə gedə bilməz. Onun fikrincə, borclu olmaq İslamdakı ən pis əməllərdən sayılır. Özbəkistanda bir neçə ildir ki, energetik böhran var. Ölkə sakinlərinin qaz və işığa görə borcu 1,25 milyard dolları keçib.
Qazaxıstan Azərbaycanın 81 ton kartofunu geri qaytardı
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti bildirir ki, cari ilin iyun ayında Azərbaycan Respublikasının Cəlilabad rayonunda yetişdirilən, Qazaxıstan Respublikasına ixrac olunan ümumilikdə 81,5 ton kartof məhsulu karantin tətbiq edilən zərərli orqanizm Qızılı kartof nematodu (Globodera rostochiensis Behrens) aşkar edilməsi əsas göstərilərək bu ölkədən geri qaytarılıb. Bu haqda Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Azərbaycanda axtarışda olan keçmiş deputatlığa namizəd tutulub
Azərbaycanda axtarışda olan qadın tutulub. Nizami rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1968-ci il təvəllüdlü Şirəlizadə Xalidə Hüseynəli qızı saxlanılıb.
Qadın həyat yoldaşını sevgilisinin köməyi ilə öldürdü - "Cəsədi parçalara ayırmaq üçün..."
İzmirin Aliağa Mahalında qadın sevgilisinin köməyi ilə ərini öldürüb. Bir barda ofisiantlıq edən Neslihan Zengi həyat yoldaşı Bedran Ölkeri 50 yaşlı sevgilisi T.T. ilə birlikdə bıçaqlayaraq öldürüb. Daha sonra cəsədi hamamda gizlədiblər. Cinayətdən bir gün sonra cəsədi aparmaq üçün avtomobil gətirəcəyini söyləyərək evdən çıxdığı deyilən T.T.-nin geri dönmədiyini görən Zengi bir yaxınından ona kömək etməyini istəyib. Neslihanın kömək istədiyi adam qorxub vəziyyəti jandarmaya bildirib və bununla da cinayət ortaya çıxıb. Neslihan Zengi jandarma tərəfindən nəzarətə alınıb.














