İsrail Suriya ordusuna zərbələr endirdi
İsrail aviasiyası Colan təpələrinə Suriya ərazisindən atılan mərmiyə cavab olaraq Suriya qoşunlarına zərbələr endirib. Bu haqda İsrail ordusunun mətbuat xidmətindən bildirilib.
30 İyun 2017 17:49 Dünyaİsrail aviasiyası Colan təpələrinə Suriya ərazisindən atılan mərmiyə cavab olaraq Suriya qoşunlarına zərbələr endirib. Bu haqda İsrail ordusunun mətbuat xidmətindən bildirilib.
Daha əvvəl yayılan xəbərə görə, mərmi Colan təpələrinin İsrail tərəfindən nəzarət edilən hissəsinə düşüb. Zərərçəkənlər haqqında informasiya verilməyib. İsraill mərmi atəşinin təsadüfi olduğunu qəbul edib. Ancaq Təl-Əviv bildirib ki, Suriya ordusunun hərəkətlərini müstəqilliyinə qəbuledilməz qəsd kimi qiymətləndirir.
Qeyd edək ki, Suriya və İsrail arasında sərhədin uzunluğu 80 kilometr təşkil edir. Sərhədyanı bölgələrdə Suriyanın hökumət güclərindən başqa, İŞİD və "Ən-Nüsra" Cəbhəsi qruplaşmalarının döyüşçüləri var. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.