"Qalatasaray" klubu daha bir futbolçu ilə müqavilə bağlayıb

Türkiyənin "Qalatasaray" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.   Braziliyanın "San Paulu" klubunun müdafiəçisi Maykon Pereyra Roke 7 milyon avroya transfer olunub. Onunla 4 illik müqavilə bağlanılıb. Anlaşmaya əsasən, Maykona hər il 2,2 milyon avro ödəniləcək. Daha 1 milyon avro isə bonus kimi nəzərdə tutulub.

Qeyd edək ki, 190 sm boya malik Maykon 2009 - 2016-cı illərdə Portuqaliyanın "Portu" klubunda çıxış edib. O, ötən ildən etibarən formasını geyindiyi "San Paulu"da 44 oyuna 3 qol vurub.  Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31