Fikir və söz azadlığı, plüralizm Azərbaycan dövlətinin əsas diqqət yetirdiyi məsəslələrdir
Azərbaycan zəngin tarixə, adət-ənənələrə, mədəniyyətə malik olan nadir ölkələrdən biridir. Bu zənginliyə, adət-ənənələrə rəng qatan, ona rəngarənglik verən isə uzun illərdən bəri Azərbaycan ərazisində yaşayan müxtəlif xalqların və millətlərin nümayəndələridir. Bu gün Azərbaycanda onlarla xalqın nümayəndəsi azad və sərbəst, şəkildə, heç bir təzyiq və təqiblə üzləşmədən yaşayır, ölkə qanunlarının hər bir Azərbaycan vətəndaşına verdiyi imkanlardan yararlanır, istifadə edirlər. Bu tendensiya Azərbaycanda hər bir sahədə olduğu kimi qeyri Azərbaycan millətindən olan xalqlara və millətlərə nə qədər dözümlü yanaşıldığını, onlara böyük hörmət və ehtiram göstərildiyini açıq şəkildə ortaya qoyur. Bu gün Azərbaycanda mövcud olan bu ənənə, şərait həmçinin bir plüralizm nümunəsidir və siyasi, dini, mədəni sahədə olduğu kimi məhz bu sahədə də ölkəmizdə plüralizmin mövcud olduğunun əyani təsəvvürüdür.
30 İyun 2017 16:50 SosialAzərbaycan zəngin tarixə, adət-ənənələrə, mədəniyyətə malik olan nadir ölkələrdən biridir. Bu zənginliyə, adət-ənənələrə rəng qatan, ona rəngarənglik verən isə uzun illərdən bəri Azərbaycan ərazisində yaşayan müxtəlif xalqların və millətlərin nümayəndələridir. Bu gün Azərbaycanda onlarla xalqın nümayəndəsi azad və sərbəst, şəkildə, heç bir təzyiq və təqiblə üzləşmədən yaşayır, ölkə qanunlarının hər bir Azərbaycan vətəndaşına verdiyi imkanlardan yararlanır, istifadə edirlər. Bu tendensiya Azərbaycanda hər bir sahədə olduğu kimi qeyri Azərbaycan millətindən olan xalqlara və millətlərə nə qədər dözümlü yanaşıldığını, onlara böyük hörmət və ehtiram göstərildiyini açıq şəkildə ortaya qoyur. Bu gün Azərbaycanda mövcud olan bu ənənə, şərait həmçinin bir plüralizm nümunəsidir və siyasi, dini, mədəni sahədə olduğu kimi məhz bu sahədə də ölkəmizdə plüralizmin mövcud olduğunun əyani təsəvvürüdür.
Əgər Azərbaycanda yaşayan digər xalqların mənşəyinə, mənsub olduqları soy-kökə baxsaq görərik ki, ölkəmizdə ləzgilər, kürdlər, avarlar, talışlar, udinlər, eləcə də digər etnik xalqlar yaşayırlar. Azərbaycan hər bir sahədə plüralist ənənələrə sadiqlik nümayiş etdirərək ölkəmizdə yaşayan etniklərlə bağlı da eyni mövqeni ortaya qoyur, onlara qarşı dözümlülük nümayiş etdirir, öz vətəndaşlarından ayırmır. Bu gün bir çox inkişaf etmiş ölkələrdə yaşayan digər xalqların nümayəndələrinə qarşı ayrıseçkiliyə yol verildiyi, onların hər addım başı sıxışdırıldığı, ən ali hüquq və azadlıqlardan məhrum edildiyi halda, Azərbaycan barədə bu fikirləri söyləmək doğru olmazdı. Düzdür, hərdən bəzi sifarişlə işləyən, erməni lobbisinin maddi yardımı ilə yaşayan, ayaqda duran, bu səbəbdən bütün fəaliyyətlərini erməni lobbisinin istək və arzularına uyğun olaraq quran bəzi beynəlxalq qeyri-hökumət təşkilatları öz hesabatlarında kifayətqədər qərəz və böhtana yol verərək Azərbaycanda yaşayan digər xalqların və millətlərin hüquqlarının pozulduğunu iddia edirlər. Həmin hesabatlarda iddia olunur ki, Azərbaycan hökuməti etniklərə qarşı dözümlülük nümayiş etdirmir. Ancaq kifayət qədər obyektiv düşünən, proseslərə məhz bu prizmadan yanaşan insanlar, hətta xarici ölkə vətəndaşları, bəzi beynəlxalq təşkilatlar dəqiq bilirlər ki, Azərbaycanda qeyd edilən sahədə vəziyyət heç də erməni lobbisinin maraqlarına uyğun fəaliyyət göstərən həmin qeyri-hökumət təşkilatlarının iddia etdiyi formada deyil. Tamamilə bunun əksidir. Əslində həmin bəlli qurumlara nəyisə sübut etməyə də ehtiyac yoxdur. Çünki onların özlərinə də Azərbaycandakı real durum kifayət qədər bəllidir, məlumdur. Sadəcə erməni lobbisinin maliyyə dəstəyi onları məcbur edir ki. Azərbaycanı bu cür görsünlər. Hətta məlum hesabatları hazırlayan fərdlər və qrupları Azərbaycana dəvət edib onları mövcud vəziyyətlə tanış etsək belə, nəticə müsbətə doğru dəyişməyəcək. Çünki yuxarıda da qeyd etdiyimiz kimi həmin hesabatlar erməni lobbisinin maliyyəsi ilə hazırlanır və o sənədlərdə Azərbaycanla bağlı müsbət məqamlar qətiyyən olmamalıdır. Amma bütün halda Azərbaycana qarşı qərəzli olan, ona şər-böhtan atanlara bəzi xatırlatmalar etməyə, real vəziyyəti çatdırmağa ehtiyac var.
Birincisi, Azərbaycanda qeyd etdiyimiz kimi onlarla digər xalqların nümayəndələri yaşayır. Bunun özü ölkəmizdə tolerant mühit, plüralizmin mövcud olduğunu təsdiqləyir. Əgər bu gün Azərbaycan da Ermənistan kimi monoetnik dövlət olsaydı, o zaman bu vaxta qədər ünvanımıza səsləndirilən iddiaları, ittihamları qəbul etmək olardı. Ancaq görünən odur ki, Azərbaycan işğalçı Ermənistanda fərqli olaraq monoetnik dövlət deyil. Bu gün Ermənistanda bir dənə də olsun digər xalqların və millətlərin nümayəndələri, xüsusilə də azərbaycanlılar yaşamadığı halda, Azərbaycanda isə qeyd etdiyimiz kimi onlarla xalqların və millətlərin nümayəndələri yaşayır. Hətta günümüzdə Ermənistanla düşmən münasibətində olmasına, Ermənistanın Azərbaycanın 20 faiz ərazilərini işğal etməsinə baxmayaraq ölkəmizdə ermənilər belə yaşayır. Həmçinin, Ermənistandakı mövcud siyasi və iqtisadi gərginlik, ağır sosial durumdan yaxa qurtarmaq istəyən ermənilər ilk növbədə Azərbaycana üz tuturlar. Yaxın bir neçə ildə biz bunun dəfələrlə şahidi olmuşuq. Lakin ölkəsindən qaçan, Ermənistandakı ağır sosial və iqtisadi durumdan yaxa qurtarmaq üçün Azərbaycana üz tutan ermənilər belə burada sıxışdırılmayıb, onlara beynəlxalq hüquq və prinsiplərə uyğun şəkildə insani münasibət, rəftar göstərilib. Hazırda da onlarla erməninin imkan yaranacağı təqdirdə Azərbaycana keçmək arzusunda olduğunu söyləyə bilərik. Əgər Azərbaycanda etnik xalqlara qarşı ayrıseçkilik olsa, onların hüquq və azadlıqları pozulsa, o halda bizim vətəndaşlarımız sayılan həmin insanlar da ermənilər kimi ölkəmizi tərk etmək istəyində olardılar. Ancaq göründüyü kimi bu mənfi tendensiya Azərbaycanda baş vermir və baş vermə ehtimalı da minimum dərəcədədir. Çünki qeyd etdiyimiz kimi Azərbaycanda hər bir sahədə olduğu kimi etnik xalqlar və millətlərə qarşı münasibətdə də plüralizm mövcuddur. Ona görə də bəzilərinin iddia etdiklərindən fərqli olaraq ölkəmizdə yaşayan digər xalqların və millətlərin nümayəndələri Azərbaycandan məmnundurlar. Bu məmnunluğu şərtləndirən amillər isə kifayətqədərdir.
Birincisi, Azərbaycanda yaşayan digər xalqların və millətlərin nümayəndələrinıə öz ana dillərində danışmaq, yazmaq, təhsil almaq hüququ verilir və bu sahədə hansısa problemin olmasından söhbət gedə bilməz. Hətta ölkəmizdə yaşayan etniklər öz dillərində kütləvi informasiya vasitəsi, qəzet və ya jurnal da nəşr etdirmək hüququna malikdirlər və bu hüquq onlara tanınır. Ölkəmizdə fəaliyyət göstərən əksər etnik xalqların özlərinin mədəniyyət mərkəzləri, dövrü nəşrləri var və hazırda da onlar fəaliyyət göstərirlər. Bu amil Azərbaycanda plüralizmin mövcudluğunu və müsbət tendensiyanın qeyd etdiyimiz sahədə də mövcudluğunu sübuta yetirməklə yanaşı, eyni zamanda respublikamızda fikir, söz, məlumat və ifadə azadlığının da təmin olunduğunu ortaya qoyur, onu təsdiqləyir. Daha dəqiq desək ölkəmizdə yaşayan etnik xalqların və millətlərin öz dillərində dövrü mətbuat, qəzet və ya jurnal təsis etmək hüququna mailk olması, hazırda ölkəmizdə bu cür onlarla kütləvi informasiya vasitəsinin işıq üzü görməsi həm də Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının təmin olunduğunun göstəricisidir və bu imkanlardan etniklər də istifadə edirlər.
Konkret olaraq bu gün ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində müntəzəm olaraq addımlar atılır. Məlumat üçün qeyd edək ki, məhz görülən işlər nəticəsində ötən illər ərzində Azərbaycanda çoxlu sayda jurnalist təşkilatı qeydiyyatdan keçdi. Onlarla təşkilat söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, KİV-lərin informasiya əldə etmək imkanlarının genişləndirilməsi, cəmiyyətlə KİV arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə aktiv məşğul olmağa başladı. Ölkədə mətbuat yayımı həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı da artdı. Hazırda 20-dən artıq mətbuat yayımı firması paytaxt və bölgələrdə geniş fəaliyyət göstərir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı internetin imkanlarının genişlənməsinə şərait yaratdı və ölkədə müasir internet şəbəkəsi formalaşdı. Azərbaycan Prezidenti 17 fevral 2003-cü il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının İnkişafı Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"sını təsdiq etmiş və bununla da qarşıdan gələn dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişaf istiqamətləri müəyyən olundu. Strategiya çərçivəsində "Elektron Azərbaycan - 2005-2008-ci illər" və "Elektron Azərbaycan - 2010-2012-ci illər" dövlət proqramları qəbul olundu və icra edildi.
Azərbaycanın bütün bölgələrində internetdən istifadə etmək üçün şərait yaradılıb. Bu gün 9 milyon əhalisi olan ölkədə 2 milyondan artıq yaxın sosial şəbəkə, ocümlədən 1.2 milyon Facebook istifadəçisi, vardır. 2011-ci il mayın 23-də "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Fərmana əsasən, dövlət orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bütün sahələrdə elektron xidmətlər təşkil ediblər. Bütün bu atılan addımlar yuxarıda qeyd etdiyimiz kimi ölkədəikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə hesablanıb.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir