Qənirə Paşayeva AŞ PA-nı fəal olmağa çağırdı
Millət vəkili Qənirə Paşayeva Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxış edib. Deputat Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də girovluqdan azad edilməməsi məsələsinə xüsusi diqqət yetirib, AŞPA-nı onların azad olunması istiqamətində səylərini artırmağa çağırıb: “Ermənistan dövləti azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi girovluqda saxlamaqda davam edir. Onlara zülm edilir, əziyyət verilir və sağlıq vəziyyətləri çox ağırdır. Bu insanların heç bir günahı yoxdur.
30 İyun 2017 16:36 Siyasət"Ermənistan dövləti hələ də azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi girovluqda saxlamaqda davam edir"
Millət vəkili Qənirə Paşayeva Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxış edib. Deputat Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də girovluqdan azad edilməməsi məsələsinə xüsusi diqqət yetirib, AŞPA-nı onların azad olunması istiqamətində səylərini artırmağa çağırıb: "Ermənistan dövləti azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi girovluqda saxlamaqda davam edir. Onlara zülm edilir, əziyyət verilir və sağlıq vəziyyətləri çox ağırdır. Bu insanların heç bir günahı yoxdur. Onlar sadəcə köçkün düşdükləri evlərini, atalarının, ailə üzvlərinin, yaxınlarının məzarlarını ziyarət etməyə gediblər. Amma Ermənistan dövləti aylardır bu insanlara zülm edir". Millət vəkili bildirib ki, D.Əsgərov və Ş.Quliyevin ailəsi və yaxınları onların qısa zamanda azad edilməsi üçün Avropa Şurasından bu istiqamətdə daha böyük səylər gözləyir. "Mən Azərbaycan dövlətinin təmsilçisi olaraq sizləri, Assambleyamızı bu insanlıqdan kənar, qeyri-qanunu əməllərinə son verməsi üçün Ermənistan dövlətinə, hökumətinə ciddi etiraz etməyə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana təzyiq göstərməyə çağırıram. Biz AŞPA-dan bu girovların azad olunması üçün ciddi dəstək gözləyirik".