Milli Sevgililər Günündən xəbəriniz var? - SORĞU
30 iyun Azərbaycanda Milli Sevgililər Günü kimi qeyd olunur. Bu günün tarixi 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Onların toy günü - 30 iyun 2003-cü ildən bəri Azərbaycanda Milli Sevgililər günü kimi qeyd olunur.
30 İyun 2017 16:16 Sosial30 iyun Azərbaycanda Milli Sevgililər Günü kimi qeyd olunur. Bu günün tarixi 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Onların toy günü - 30 iyun 2003-cü ildən bəri Azərbaycanda Milli Sevgililər günü kimi qeyd olunur.
Bəs Bakı sakinləri Milli Sevgililər günü barədə məlumatlıdırmı?
Rəyi öyrənilmiş respondentlərin böyük əksəriyyəti (83 %) Azərbaycanda Milli Sevgililər günü keçirildiyindən xəbərdardır. Amma bu tarix haqda ilk dəfə eşidənlər də az deyil (17 %).
Qadınların 89 %-i bu gün haqda məlumatlı olsa da, rəyi öyrənilmiş kişilərin beşdə biri (22 %) Milli Sevgililər günü barədə ilk dəfə bizdən eşitdiyini etiraf edib.
Sevgililərin günü barədə ən çox məlumatlı olanlar isə 45-54 yaş aralığında olan respondentlərdir (90 %).
Qeyd edək ki, bundan öncə "Müqəddəs Valentin gününü qeyd edirsinizmi?" mövzusunda apardığımız sorğu nəticələrində 9 % respondent 14 fevral gününü Sevgililər günü olaraq qəbul etmədiyini, əvəzində 30 iyun Milli Sevgililər gününü qeyd etdiyini bildirmişdir.
Sorğu 19 aprel - 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir. Milli.Az "ACT Azərbaycan"nın Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.
