Dövlət büdcəsinə dəyişiklik təsdiq edildi
İyunun 30-da Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilib. İclasda vitse-spiker, Məhkəmə Hüquq Şurasını üzvü Ziyafət Əsgərov məhkəmə sistemində aparılan islahatlar barədə məlumat verib. Bildirib ki, bu sahədə aparılan islahatlar məhkəmələrə ictimai etimadı xeyli yüksəldib. Artıq insanlar pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etməyə daha çox üstünlük verirlər.
30 İyun 2017 15:37 SosialGəlir və xərclər artırıldı
İyunun 30-da Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilib. İclasda vitse-spiker, Məhkəmə Hüquq Şurasını üzvü Ziyafət Əsgərov məhkəmə sistemində aparılan islahatlar barədə məlumat verib. Bildirib ki, bu sahədə aparılan islahatlar məhkəmələrə ictimai etimadı xeyli yüksəldib. Artıq insanlar pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etməyə daha çox üstünlük verirlər. Onun sözlərinə görə, yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə məhkəmələrdə baxılan mülki işlərin sayı xeyli artıb. Lakin, buna baxmayaraq, hakimlərimiz işin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Təsadüfi deyil ki, birinci instansiya məhkəmələri tərəfindən mülki xarakterli işlər üzrə çıxarılmış qərarların təxminən 98 faizi sabit qalıb. Bununla belə, yeni çağırışlar nəzərə alınaraq ölkəmizdə məhkəmə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, habelə, hakimlərin iş yükünün azaldılmasına istiqamətlənən institusional və qanunvericilik islahatları davam edib. O, qeyd edib ki, Azərbaycanda məhkəmə-hüquq sisteminə kölgə salmaq üçün bəziləri Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı qərarların sayının bilərəkdən çox olduğunu bildirir. Avropa ölkələri ilə bağlı qəbul edilən qərarların sayı Azərbaycanla bağlı qərarların sayından daha çoxdur. 2016-cı ildə Azərbaycanla bağlı 16 qərar qəbul olunub. İslahatlar nəticəsində hakimlərin sayının iki dəfə artırılmasına baxmayaraq, Azərbaycanda hakim azlığı müşahidə olunur. Sonra "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirə edilib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə yenidən baxılan 2017-ci il dövlət büdcəsinin gəlirləri üzrə əsas istiqamətləri açıqlayıb. Maliyyə naziri Samir Şərifov qeyd edib ki, 2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin gəlirləri gözlənilən ümumi daxili məhsulun 25,2%-ni təşkil etməklə (təsdiq olunmuş göstəriciyə nisbətən 0,8 faiz-bənd çox), mütləq ifadədə 16 mlrd. 766 mln. manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 511 mln. manat və ya 3,1% çoxdur. Həmin artım Mərkəzi Bankın mənfəətindən ayırmalar üzrə 250 mln. manat, Vergilər Nazirliyiüzrə 135 mln. manat, Dövlət Gömrük Komitəsi üzrə 50 mln. manat və büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 76 mln. manat təşkil edəcək. Nazirin sözlərinə görə, qanun layihəsində 2017-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 mlrd. 645 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozundan 135 mln. manat və ya 1,8% çoxdur. Proqnozlaşdırılan əlavə daxilolmalar qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektorundan 5 mlrd. 805 mln. manat vergi daxilolması nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 135 mln. manat və ya 2,4% çoxdur. 2017-ci il yenidən baxılacaq dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə 191 mln. manat vəsait yönəldiləcək ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 7,6% çoxdur. Həmin vəsaitin 170 mln. manatı avtomobil və dəmir yolu, elektrik paylayıcı şəbəkələri, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması ilə bağlı bəzi beynəlxalq maliyyə-kredit qurumları ilə birgə həyata keçirilən bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan tərəfinin iştirak payının artırılmasına, 21,0 mln. manatı Azərbaycanın Almaniyada Mədəniyyət Mərkəzinin tikintisinin başa çatdırılması ilə bağlı xərclərin, həmçinin bəzi zəruri investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək. 2017-ci il dövlət büdcəsinə yenidən baxılma zamanı xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, yəni "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində bankın 2383,4 mln. ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə avrobondların emissiyası həyata keçiriləcək. Bununla əlaqədar olaraq 2017-ci il üzr qanunla təsdiq edilmiş xarici dövlət borclanmasının yuxarı həddi 4 mlrd. manat artırılaraq 4,5 mlrd. manata çatdırılacaq.
Daha sonra "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi ikinci, üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Deputat Qüdrət Həsənquliyev deyib ki, deputat yaltaq olmamalıdır: " Bəzi adamlar söyləyir ki, Azərbaycanda yalnız bir kişi var, indi həmin adamlar özlərini kişi saymır? Eşitmişəm ki, Özbəkistanda qanunla yaltaqlıq qadağan edilir. Mən təklif edirəm ki, bizdə də bu məsələ əlavə olunsun. Bizdə bəzi adamlar söyləyir ki, Azərbaycanda yalnız bir kişi var və sairə. İndi həmin adamlar özlərini kişi saymır? Ancaq bu cür fikir söyləyənlər yaltaqlıq edirlər. Belə adamlar düşünmür ki, sabah onların övladları da ona sual verə bilərlər ki, ata bəs sən kişi deyilsən? Hesab edirəm ki, bu yaltaqlığın bir nümunəsidir və bu cür məmurlar dərhal cəzalandırılmalıdır". Milli Məclisin sədri Oqtay Əsədov isə deputata cavabında belə deyib: "Qüdrət Həsənquliyev, deyəsən sənin ürəyin doludur. Ay Qüdrət, əgər yaltaqlığın şkalası varsa, denən, onu qoyaq!".
"İşsizlikdən sığorta haqqında" yeni qanun layihəsi barədə məlumat verən komitə sədri Hadı Rəcəbli qeyd edib ki, yeni yaradılacaq sığorta fonduna 90 mln. manat vəsaitin yığılması təmin olunacaq: "Bununla da, işsizliyə görə müavinət 2016-cı il ilə müqayisədə 3 dəfə çox olacaq və daha çox insana işsizliyə görə müavinət vermək mümkün olacaq". Komitə sədri əılavə edib ki, qanun layihəsində işsizlikdən sığorta üzrə işçinin əmək haqqının 0,5%-i, sığortaedən tərəfindən isə hesablanmış əməyin ödənişi fondunun 0,5%-i sığorta haqqının ödənilməsini nəzərdə tutur. Qanun layihəsində sığorta ödənişinin 3 növü - əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi müəyyən edilib. Layihəyə görə sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əmək haqqının məbləğinə müəyyən faiz dərəcələri tətbiq olunmaqla hesablanır. Başqa sözlə, işçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda onun itirilmiş orta aylıq əmək haqqının məbləğinin 50%-i, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55%, sığorta stajı 10 ildən yuxarı olduqda 60% məbləğində işsizliyə görə aylıq sığorta ödənişi veriləcək. Bununla da növbədənkənar sessiya öz işini başa vurub.
Alim