Özbəkistan vətəndaşları Azərbaycanda qanunsuz əmək fəaliyyətinə cəlb olunub

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş mübarizə tədbirləri zamanı 9 nəfər Özbəkistan Respublikası vətəndaşı saxlanılıb. DMX-nin mətbuat mərkəzindən verilən məlumata görə, Azərbaycan vətəndaşı Məzlum Səfərov tərəfindən 9 nəfər Özbəkistan vətəndaşının günəmuzd olaraq qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi məlum olub.

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş mübarizə tədbirləri zamanı 9 nəfər Özbəkistan Respublikası vətəndaşı saxlanılıb. DMX-nin mətbuat mərkəzindən verilən məlumata görə, Azərbaycan vətəndaşı Məzlum Səfərov tərəfindən 9 nəfər Özbəkistan vətəndaşının günəmuzd olaraq qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi məlum olub. M.Səfərov öz ünvanı üzrə həmin əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınmasını təşkil edib, lakin onlar digər ünvanda yerləşdirilib. O cümlədən, M.Səfərov əcnəbiləri işə cəlb etməsinə baxmayaraq, DMX-dən müvafiq icazələrin alınması üçün sənədlər rəsmiləşdirilməyib. Aşkar edilmiş faktlarla bağlı DMX-nin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirilən şəxslər müvafiq inzibati məsuliyyətə cəlb ediliblər. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31