Deputatdan etiraz: “Niyə biz 6 ay itirdik?”
Milli Məclisin iyunun 30-da keçirilən növbədənkənar iclasında “ 2017- ci ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi keçirilib. “Olaylar” xəbər verir ki, müzakirələrdə çıxış edəndeputat Tahir Kərimli isə bildirib ki, Milli Məclisə bəzi qurumlar mexaniki aqreqat kimi baxırlar: “Büdcə müzakirə olunarkən fikirlərimizi bildirmişdik.
30 İyun 2017 14:52 SosialMilli Məclisin iyunun 30-da keçirilən növbədənkənar iclasında " 2017- ci ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin müzakirəsi keçirilib. "Olaylar" xəbər verir ki, müzakirələrdə çıxış edəndeputat Tahir Kərimli isə bildirib ki, Milli Məclisə bəzi qurumlar mexaniki aqreqat kimi baxırlar: "Büdcə müzakirə olunarkən fikirlərimizi bildirmişdik. Mən qorxuram ki gələcəkdə də bəzi dediklərimiz nəzərə alınmasın. Məgər büdcə təsdiq olunanda bütün xərclər görünmürdü? Büdcə qalığı hesabına kəsirin silinməsini görmək mümkün deyildimi? Ona görə də çıxışlarımızda demişdik ki, xərcləri artırmaq lazım idi. Niyə biz 6 ay itirdik? Bəzən şübhə edirəm ki, biz bazar iqtisadiyyatına keçməmişik, yoxsa Karl Marksın dediyi məhşur "barmağın" bəlasına düşmüş olardıq".