"Çelsi" müdafiəçisini satdı
"Çelsi"nin müdafiəçisi Natan Ake ötən mövsüm icarədə oynadığı "Bournemouth"a keçib. 22 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. Yanvarda "zadəganlar"ın baş məşqçisi Antonio Konte onu icarədən geri çağırmışdı. Amma Premyer Liqa oyunlarında Ake cəmi 2 dəfə meydana çıxmışdı.
30 İyun 2017 14:29 İdman"Çelsi"nin müdafiəçisi Natan Ake ötən mövsüm icarədə oynadığı "Bournemouth"a keçib. 22 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. Yanvarda "zadəganlar"ın baş məşqçisi Antonio Konte onu icarədən geri çağırmışdı. Amma Premyer Liqa oyunlarında Ake cəmi 2 dəfə meydana çıxmışdı.
"Bournemouth" rəhbərliyi gənc futbolçunun transferinə 22.5 milyon avro xərcləməyə hazır idi. Bu klubun forması ilə Ake 12 oyunda 3 qol vurmuşdu. O, 2017-ci il mayın 31-də Hollandiya millisində debüt etmişdi. Goal.az