Siyavuş Novruzov: “Surət Hüseynov dar ağacı qurmuşdu, Heydər Əliyev müxalifəti xilas etdi”
“Yeni Azərbaycan Partiyası hər bir kəsin xidmətini yüksək qiymətləndirir, xidməti olan hər kəsin adının əbədiləşdirilməsinin tərəfdarıdır”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin iclasında YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
30 İyun 2017 14:49 Siyasət"Yeni Azərbaycan Partiyası hər bir kəsin xidmətini yüksək qiymətləndirir, xidməti olan hər kəsin adının əbədiləşdirilməsinin tərəfdarıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. Deputat bildirib ki, həmkarı Qüdrət Həsənquliyevin dediyindən fərqli olaraq ulu öndər Heydər Əliyevin digərləri ilə müqayisə edilməsi düzgün deyil: "Çünki ulu öndəri Azərbaycan xalqı hakimiyyətə qaytarıb. Xaosun, seperatizmin, ölkəmizin müstəqilliyinin təhlükə altında olduğu zamanda ulu öndər hakimiyyətə gələrək Azərbaycanı xilas etdi. Ulu öndər hakimiyyətə gəlməklə tək Azərbaycanı deyil, eyni zamanda bugünkü və o zamanki hakimiyyətdə olan müxalifəti xilas etmiş oldu.Yəqin ki, Sürət Hüseynov tərəfindən Azadlıq meydanında dar ağacları qurulması və o ağaclardan kimlərin asılacağı bəlli idi. Odur ki, ümummilli lider müxalifətdə olanları xilas etdi. Buna görə də ulu öndərin adı əbədiləşdirilməli, onun adına məktəb, universitet olmalıdır. Çünki ulu Öndər xalqın ən ağır vəziyyətində onların yanında olub" .