657 nəfər narkomaniyadan məcburi müalicəyə cəlb olunub
İyunun 30 – da Respublika Narkoloji Dispanserində narkomaniyaya qarşı beynəlxalq mübarizə gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Respublika Narkoloji Dispanserinin baş həkim müavini Bilal Əsədov qeyd edib ki, ötən ilin statistikasına əsasən, respublika üzrə rəsmi olaraq 29948 nəfər qeydiyyatda olan narkoman var. Onlardan 612 nəfəri qadınlardır. 2017-ci ilin 6 ayı ərzində isə 657 nəfər məcburi müalicəyə cəlb olunub.
30 İyun 2017 13:41 Sosialİyunun 30 - da Respublika Narkoloji Dispanserində narkomaniyaya qarşı beynəlxalq mübarizə gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Respublika Narkoloji Dispanserinin baş həkim müavini Bilal Əsədov qeyd edib ki, ötən ilin statistikasına əsasən, respublika üzrə rəsmi olaraq 29948 nəfər qeydiyyatda olan narkoman var. Onlardan 612 nəfəri qadınlardır. 2017-ci ilin 6 ayı ərzində isə 657 nəfər məcburi müalicəyə cəlb olunub.
Daha sonra Bilal Əsədov qeyd etdi ki, narkomaniya ilə mübarizənin müasir üsulu Metadon əvəzedici müalicə proqramıdı. "Bu proqramla hazırda 202 xəstə müalicə alır ki, bunun da yarıdan çoxu qadınlardır. Narkomaniya ilə mübarizə üçün Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin birgə layihəsi çərçivəsində "Narkomaniyaya yox deyək" devizi ilə bütün ali və orta məktıəblərdə maarifrləndirmə tədbirləri aparılır" - deyə, bildirdi.
Tədbirdə narkomaniya az sayda uşaqlar arasında da yayıldığı bildirilib. Belə ki, bəzi yeniyetmələr benzin, kley və s. bu kimi maddələr iyləməklə narkomaniyaya qurşanır. Bu il 14-17 yaş arasında 5 nəfər uşaq qeydə alınıb.