ABŞ 100 min homoseksualı bağışlayacaq
ABŞ Konqresinin Demokratlar Partiyasından olan üzvü Mark Poukan “Don't ask, Don`t Tell” qanununa görə Amerika hərbçilərinin hərbi xidmətdən çıxarılmasının səbəblərini təkrar gözdən keçirməyi təklif edib.
30 İyun 2017 14:01 DünyaABŞ Konqresinin Demokratlar Partiyasından olan üzvü Mark Poukan "Donchr("39")t ask, Don`t Tell" qanununa görə Amerika hərbçilərinin hərbi xidmətdən çıxarılmasının səbəblərini təkrar gözdən keçirməyi təklif edib. "Hərbi qulluqçuların şərəf və ləyaqətinin bərpası Haqqında" qanun layihəsi ABŞ Konqresinin müzakirəsinə daxil edilib.
Xatırladaq ki, 1993-cü ildən ABŞ ordusunda qüvvədə olan "Don`t Ask, Don`t Tell"(Soruşma, demə) qanununa əsasən hərbçilərin öz qeyri-ənənəvi cinsi mənsubiyyətini digər həmkarlarına deməsi və onlardan cinsi mənsubiyyətini soruşması qadağan idi. Əks halda özünün homoseksual olduğunu deyən şəxs ordudan qovulmalı idi. Lakin artıq bu qanun qüvvədən düşmüş hesab olunur.
Poukanın sözlərinə görə, sözügedən qanuna görə ABŞ ordusundan İkinci Dünya Müharibəsi vaxtlarından bu yana təxminən 100 min hərbi qulluqçu çıxarılıb. Qanun 2010-cu ildə ləğv edlib. Publika.az xarici mediaya istinadən xəbər verir.