Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, kollegiyada məhkəmə-hüquq sahəsində həyata keçirilən işlərə dair geniş prezentasiya nümayiş etdirilib.

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, kollegiyada məhkəmə-hüquq sahəsində həyata keçirilən işlərə dair geniş prezentasiya nümayiş etdirilib. İclasda ədliyyə orqanlarının fəaliyyət istiqamətləri üzrə cari ilin ötən dövründə görülmüş işlər müzakirə olunub, açıq hökumətin təşviqi, məhkəmə qərarlarının icrası, qeydiyyat və notariat, informasiya-kommunikasiya texnologiyaları sahəsində, məhkumların hüquqlarının təmin olunması, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi, beynəlxalq əməkdaşlıq üzrə görülmüş önəmli tədbirlər qeyd olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31