Avropanın daha bir ölkəsi bircinsli nikahları leqallaşdırdı

Almaniya Bundestaqı (parlament) bircinsli nikahların qanuniləşdirilməsi haqqında qanunu bəyənib. Bundestaqın 393 deputatı qanun layihəsinin lehinə, 226-sı isə əlehinə səs verib, 4 parlament üzvü bitərəf qalıb.

Almaniya Bundestaqı (parlament) bircinsli nikahların qanuniləşdirilməsi haqqında qanunu bəyənib. Bundestaqın 393 deputatı qanun layihəsinin lehinə, 226-sı isə əlehinə səs verib, 4 parlament üzvü bitərəf qalıb. Daha əvvəl Almaniya kansleri Angela Merkel bildirib ki, lideri olduğu Xristian-Demokratik İttifaqının (XDS) üzvlərindən bircinsli nikahlar haqqında məsələ ilə əlaqədar azad şəkildə səs verməsini istəyir. "Parlament üzvləri bu məsələyə partiyanın mövqeyini rəhbər tutmadan "vicdan məsələsi" kimi baxmalıdır", - kansler deyib. Merkel özünün mövqeyi isə bundan ibarət idi ki, nikah yalnız kişi və qadın arasında ittifaq hesab edilə bilər. İlk dəfə bircinsli nikahlar 2001-ci ildə Niderlandda leqallaşdırılıb. Hazırda dünyanın 20 ölkəsində bu cün nikahlar qanunu hesab olunur. Publika.az xəbər verir ki, bu haqda "Bild" nəşri yazb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31