DÇ: Taekvondoçumuz yarımfinala yüksəldi

Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə keçirilən dünya çempionatı davam edir. Bu gün keçirilən döyüşlərdən sonra Azərbaycan millisinin daha bir idmançısı yarımfinala yüksəlib.

Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə keçirilən dünya çempionatı davam edir. Bu gün keçirilən döyüşlərdən sonra Azərbaycan millisinin daha bir idmançısı yarımfinala yüksəlib.

Belə ki, 80 kq çəki dərəcəsində çıxış edən Milad Beiqi Harçeqani bu mərhələyədək bütün rəqiblərinə qalib gəlib. İlk döyüşündə nigerli Cibo Baqna Kadrı 30:9 hesabı ilə məğlub edən taekvondoçumuz ardınca yaponiyalı Hidenori Ebatanı mübarizədən kənarlaşdırıb - 18:7.
 
Harçeqani 1/8 finalda Raul Qarsia Martinez (İspaniya, 19:13), 1/4 finalda Moises Hernandes (Dominikan Respublikası, 6:4) üzərində qələbə qazanıb. O, final üçün moldovalı Aaron Kukla qarşılaşacaq.
 
Qeyd edək ki, 1 gün öncə yarımfinala vəsiqə qazanan Məhəmməd Məmmədov (63 kq) final üçün bu gün dayanq üzərinə çıxacaq. O, iranlı Mirhaşim Husseyni ilə döyüşəcək. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31